Qurban bayramı – mənəvi birlik rəmzi

Müsəlmanların mənəvi birlik rəmzi olan Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, İsmayıllı rayonunda da qeyd edilib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun əksər kəndlərində, eləcə də İsmayıllı şəhərində xırda və iri buynuzlu heyvanlar kəsilərək Qarabağ əlillərinə, müharibə veteranlarına, imkansız ailələrə, o, cümlədən rayon ərazisində məskunlaşan köçkünlərə paylanıb. Qurban bayramı - mənəvi birlik rəmzi
Sakinlərin müqəddəs Qurban bayramı təbrik edilib. Belə günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusilə vurğulanıb. Bildirilib ki, ehtiyacı olan insanlara –“ ümumilikdə 1800 şəhər, 5000-dən artıq rayon sakininə qurban payları təqdim olunub.
Qurban bayramı - mənəvi birlik rəmzi
Şəhər mərkəzi ilə bərabər kəndlərdə bayram əhval-ruhiyyəsi davam edib. İcra nümayəndələri və bələdiyyələrin köməyi ilə ehtiyacı olan rayon sakinlərinə qurban əti paylanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz