Şura iclası keçirilib

Sentyabr ayının 18-də Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib.
İcra Hakimiyyəti başcısı aparatının 2015-ci ilin ikinci yarısı üçün perspektiv iş planına uyğun olaraq müzakirəyə iki məsələ çıxarılıb.
“İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının verdiyi sərəncamların RİH- aparatının şöbələri, aid idarə və təşkilatlar tərəfindən icra edilməsi vəziyyəti barədə” Hüquq şöbəsinin müdiri Xətai Abbasov geniş məlumat verib. O, çıxışında bu sahədəki tənqidi məqamlara toxunub və mövcud narazılıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Şura iclası keçirilib
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov ikinci məsələ – “RİH başçısının İƏD-lər üzrə nümayəndəliklərinin əhatə etdiyi yaşayış məntəqələri ərazisində zibilliklərin ləğv edilmısi, məişət tullantılarının yığılması, daşınması, abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin aparılması vəziyyəti barədə” məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.
İsmayıllının ildən-ilə artan turizm potensialının fonunda məsələnin ciddi olduğu bir daha vurğulandı. Aidiyyəti idarə və təşkilat rəhbərlərinə işlərini günün tələbi səviyyəsində qurmaq tövsiyə olunub.
İclasın yekununda çıxış edən RİH başçısı Mirdaməd Sadıqov verilən sərəncamların icrası, ümumilikdə rayon ərazisinin təmiz saxlanılması məsələlərində buraxılmış nöqsanların qısa müddətdə aradan qaldırılması barədə tapşırıqlar verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz