İsmayıllıda akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub

İsmayıllı Rayon İcra Hakimiyyəti sentyabr ayının 16-da Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının oxucular konfransını keçirib.
Kitabın təqdimatına həsr olunmuş konfransda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH Aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə -müəssisə və təşkilatların nümayəndələri, təhsil işçiləri, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İsmayıllıda akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bildirib ki, cənab Ramiz Mehdiyev bu kitabı geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərir.
Əməkdar müəllim Ramiz Baloğlanov məruzə ilə çıxış edərək deyib ki, akademikin bu kitabı Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngindir.
Məruzə ətarafında şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Mixail Uryupin, şəhər 5 saylı tam orta məktəbinin Azərbaycan dil və ədəbiyyatı müəllimi Elnarə Abdullayeva, İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mail Fərəcov, gənc müəllim Qönçə Ağazadə , Dövlət qulluğu veteranı Valeh Salehov çıxış ediblər.
Sonda RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək kitabın elmi və siyasi aspektləri barədə ətraflı məlumat verib. İkili standartların Azərbaycana vurduğu ziyanlardan danışıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz