Nümayəndə günü keçirildi

11 sentyabbr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzinin iclas zalında növbəti nümayəndə günü keçirilib.
Nümayəndə günündə İsmayıllı RİH başçısının 37 İƏD üzrə nümayəndəsi iştirak edib.
İclasa RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov sədrlik edib.
İclasın gündəliyinə vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası və yanğın təhlükəsizliyinin təmin edilməsi, İƏD üzrə nümayəndəliklərdə və İƏD üzrə nümayəndəliklərin ərazisində fəaliyyət göstərən təşkilatlarda əmək intizamının gücləndirilməsi, ərazidə təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin vəziyyəti barədə məsələlər çıxarılıb.
Nümayəndə günü keçirildi
Gündəlikdə duran birinci, vərtəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası və ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə İƏD üzrə nümayəndələrə Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Şimal-Qərb Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Qoşqar Əzizov məlumat verib.
Gündəlikdə duran digər məsələlərlə əlaqədar RİH-nin şöbə müdiri R.Səmədov məlumat verib. İclasda İƏD üzrə nümayəndələri maraqlandıran suallar cavablandırılıb.
Ehtiram Manafov

Şərh Yaz