Müəllimlər and içdilər

Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində İsmayıllı rayonunun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə 62 nəfər müəllim işə qəbul edilib.
8 sentyabr 2015 ci il tarixdə işə qəbul olunan gənc müəllimlərlə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında görüş keçirilib.
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülər Mirzəliyeva əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin qarşısında duran vəzifələrdən söz açıblar.
Müəllimlər and içdilər
Müəllimlər and içdilər
Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan natiqlər gənc müəllimləri təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar arzulayıblar.
Gənc müəllimlər göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağı altında təntənəli şəraitdə and icən gənc müəllimlər bu şərəfli adı həmişə uca tutacaqlarına söz veriblər.
Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir:
– “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm!”
Xatırladaq ki, “Müəllim andı” Azərbaycan Respublikası Təhsil Nazirliyi 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə “Müəllimlərin etik davranış qaydaları” tərkibində təsdiq edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz