Qurban kəsmək və onun mahiyyəti

Qurban lüğətdə yaxınlaşmaq, yaxın olmaq deməkdir. Dini termin olaraq isə Allah-Təalaya (mənəvi cəhətdən) yaxınlaşmaq üçün ibadət niyyətilə müəyyən bir vaxtda kəsilən heyvana qurban deyilir. Qurban kəsmək hicrətin ikinci ilində vacib olmuşdur. Qurban ayrıca Həzrət İbrahim peyğəmbərdən (ə) gələn bir sünnətdir.
Qurbanın vacib qılınmasındakı səbəb isə saysız nemətlərə qarşı Allaha şükr etmək və günahların bağışlanmasını diləməkdir. Qurban kəsilməklə həm onu kəsən ailə, həm də yoxsullar əsas qida maddələrindən olan ət baxımından faydalanırlar.
Qurban kəsmək və onun mahiyyəti
Qurban kəsməyin əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri vardır. Bu bayram niyə dəyərli və müqəddəsdir? Bu bayramda imkanlı insanlar imkansızlara, xəstələrə, ehtiyacı olanlara maddi yardım edirlər. Təkcə maddi yox, daima həmin insanlara mənəvi cəhətdən də kömək edirlər. Məhəmməd peyğəmbər (s.ə.a.s.) buyurub ki, xəstələrin, tənha insanların qəlbini sevindirməyin və darda qalanların ehtiyacını ödəməyin mükafatı sərhədsizdir. Yaxşılığı lazım olan anda, ehtiyac duyulan zaman, imdad diləmədən etmək lazımdır.
Mən arzu edərdim ki, insanlar xeyirxahlığı təkcə bayramlarda deyil, mütəmadi etsinlər. Bu, Allahın da xoşuna gələr və Allaha da çox yaxın olarsınız. Bununla da həmin insanlar səxavətli, xeyirxah, inamlı və imanlı olarlar.
Qurban kəsmək barədə bir qaydanı da bilmək lazımdır. Əhd edilən qurban yerinə yetirilməsi mümkün olmalıdır. Deyilmə qurbanın ətindən sahibi yeyə bilmədiyi kimi, ailəsi də yeyə bilməz. Deyilmə adı ilə kəsilən heyvanın ətinin hamısı fağırlara paylanması şərtdir. Əgər bu qurban kəsilmiş heyvanın ətindən sahibi az da yesə, o, yeyilən ətin miqdarı qədər pulunu fağırlara sədəqə verməlidir.
Qurban bayramınız mübarək əziz ismayıllılar!
Abduləli Əliyev,
şəhər sakini

Şərh Yaz