Görüşlər davam edir

İlk dəfə səs verəcək gənclərlə keçirilən görüşlər davam edir. İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin 86 saylı Dairə Seçki Komissiyasının (DSK) təşkilatçılığı ilə 22 senyatbr 2015-ci il tarixdə rayonun Qalagah kəndində ilk dəfə səsverən gənclərlə görüş keçirilib.
Tədbirdə Hacıhətəmli, Mollaisaqlı, Qalagah və Soltankənd kəndlərindən ümumilikdə 35 nəfər gənc seçici iştirak edib.
Görüşlər davam edirlk dəfə səs verəcək gənclərlə keçirilən görüşlər davam edir. İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin 86 saylı Dairə Seçki Komissiyasının (DSK) təşkilatçılığı ilə 22 senyatbr 2015-ci il tarixdə rayonun Qalagah kəndində ilk dəfə səsverən gənclərlə görüş keçirilib.
Tədbirdə Hacıhətəmli, Mollaisaqlı, Qalagah və Soltankənd kəndlərindən ümumilikdə 35 nəfər gənc seçici iştirak edib.
Görüşlər davam edir
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. O, gəncləri salamladıqdan sonra keçirilən seçkinin əhəmiyyətindən danışıb, gənclərin seçkilərdə iştirakının vacibliyini diqqətə çatdıraraq, onları düzgün seçim etməyə çağırıb.
Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxışında ilk dəfə səs verəcək gənclərə konstitusiyamızla onlara verilən səsvermə hüququndan düzgün və səmərəli istifadə etməyin yollarını ətraflı şəkildə izah edib.
Görüşlər davam edir
Sonra İsmayıllı 86 saylı DSK-nın əməkdaşı Məhruzə Hüseynova seçkilərin demokratik ölkəmiz üçün kəsb etdiyi əhəmiyyətdən danışıb. Seçkilərdə ilk dəfə iştirak edəcək gənclərə yad təsirlərə uymamaq, seçki hüququndan düzgün istifadə etmək tövsiyə olunub.
Şəhla Ramazanqızı

Şərh Yaz