Yaddaşda yaşayacaq bir ay

Adım Nigar… Teymurova Nigar Məmmədşah qızı. Atam mənə çox vaxt Koroğlunun Nigarı deyərdi. Yəqin mənim əzmkar, dözümlü və güclü birisi olmamı istəyirdi. Mən də bütün varlığımla bu ada layiq olmağa çalışırdım. İlk işim əzmlə dərslərimə çalışmaq oldu. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə oxudum. Elmli və təcrübəli müəllimlərdən dərs aldım. Elmə marağım getdikcə artırdı. Oxumaq, Vətənimə, elimə lazımlı bir şəxsiyyət olmaq istəyirdim. İsmayıllının çiçəklənməsində mənim də əməyimin olmasını arzulayırdım. Rayonumuzun adını Respublika və dünya miqyasında tanıdan övladlarımızı görəndə qürur hissi keçirirdim. Mən də onlar kimi olmağa çalışırdım. 9-cu sinfə çatanda atamın işi ilə əlaqədar Qəbələ şəhərinə köçdük. Doğma evimizi, həyətimizi, qonşu uşaqlarını tərk etmək mənim üçün çox ağır idi, hətta, Qəbələdə məktəbə getməyəcəyimi elan etmişdim. Lakin oxumalı və yenidən doğma İsmayıllıya dönmək istəyi məni yenidən məktəb həyatına qaytardı. Burada Qəbələ şəhər 3 nömrəli məktəbdə oxumağa başladım. İsti müəllim sevgisi ilə əhatə olundum. Nisgilim və kədərim unuduldu, amma İsmayıllıdan olduğumu unutmadım. Hamı mənə “İsmayıllı balası” deyirdi. Bununla qürur duyurdum. Nəhayət, məktəbi bitirdim və BDU-nun coğrafiya fakültəsinə qəbul oldum. Mən universitetə Qəbələ məktəbinin məzunu kimi qəbul oldum. Qarşıma məqsəd qoydum: BDU-nu bitirdikdən sonra mütləq İsmayıllı rayonunda çalışacam.
Yaddaşda yaşayacaq bir ay
Bu il üçüncü kursu bitirdim. Təcrübə ilə bağlı hər bir tələbə öz doğma elinə göndərilirdi. Təbii ki, mən İsmayıllını seçdim. Mövzum elə idi ki, təcrübəni rayon İcra hakimiyyətində keçməli idim. İsmayıllı Rayon İcra Hakimiyyətində işimlə bağlı ilk görüşüm RİH başçısının aqrar məsələlər üzrə müavini Həsən Həsənovla oldu. Г‡ox səmimi qarşılandım və bu mənim təkcə təcrübəçilik günlərimə yox, sanki bütün ömrümə işıq tutdu. Həsən müəllimin, digər işçilərin mənə ciddi və səmimi köməyi nəticəsində lazımi dəqiq məlumatlar əldə etdim. “İsmayıllı Rayonunda Kənd Təsərrüfatının inkişafı” mövzusunda fond materiallarından istifadə üçün lazımi şərait yaradıldı.
Bildiyimiz kimi, İsmayıllı Respublikamızın sürətlə inkişaf edən rayonları sırasında özünəməxsus yer tutur. Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonun inzibati ərazisi 207372 hektardır. Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 40552 hektar torpaq sahəsi mülkiyyətə verilmiş əkinə yararlı torpaqlardır. Bunun 36035 hektarı hal-hazırda əkin altındadır. Keçən il ərzində 29752 hektar sahədə taxıl əkini aparılmışdır. Bunun da 22953 hektarında buğda, 5896 hektarında arpa əkilmişdir. 2010-2015-ci illər üzrə (aqrar sahə üzrə) iqtisadi göstəriciləri nəzərdən keçirdikdə görürük ki, taxıl əkini üçün sahələr 29006 hektardan 29752 hektara qədər artırılıb. Əkin sahələrinin artırılması və əlverişli hava şəraiti nəticəsində bu il rayonumuzda 100.000 tondan artıq taxıl istehsal edilmişdir. 2015-ci ildə rayonumuzda demək olar ki bütün kənd təsərrüfatı sahələrindən bol məhsul əldə edilib. Ötən dövrdə rayonumuzda 106 ha sahədə qarğıdalı, 310 ha sahədə günəbaxan, 771 ha kartof, 260,9 hektar sahədə lobya əkilmişdir. Müşahidələrim zamanı aqrar sektorda, o cümlədən taxılçılıqda ən müasir elmi-texniki yeniliklərin tətbiq olunduğunu gördüm. Bu yeniliklər barədə fermerlər və fiziki şəxslərin müntəzəm olaraq məlumatlandırılması mənim çox xoşuma gəldi. Rayonun iqlim şəraiti həmçinin üzümçülüyün inkişafına imkan verir. Üzümçülük rayonumuz üçün çox gəlir gətirən sahələrdən biri olub, İsmayıllı rayonu üçün xarakterikdir.
Hal-hazırda rayonda iri buynuzlu mal-qara 51430 başdır ki, bunun da 23976 baş inək və camışlardır. Qoyun –“ keçilərin sayı 179604 başdır. İri buynuzlu malın 2020 başı, qoyun-keçinin 7430 başı, donuzun isə 316 başı kənd təsərrüfatı müəssisələrinin, digər qismi isə sahibkar və ev təsərrüfatlarının payına düşür. Məlumatlara görə rayonumuzda son illər arıçılıq təsərrüfatına maraq getdikcə artıb. Bunu, hazırda bölgədə arıçılıqla məşğul olanların sayının 500 nəfərə yaxın olması sübut edir. Son beş ilə nəzər salsaq görərik ki, 2010-cu ildə 4901 arı ailəsi bəslənirdisə, 2015-ci ildə bu say 5907 arı ailəsinə çatmışdır.
Yaddaşda yaşayacaq bir ay
Rayonumuzda yeni müəssisələrin açılması, bir çox təsərrüfat müəssisələrinin yaradılmasının nəzərdə tutulması və artıq bu istiqamətdə işə başlanılması məni çox sevindirdi. 2014-cü ildə nəzərdən keçirilmiş və real icra olunacaq layihələr bunlardır; İlkin mərhələdə Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq heyvandarlıq kompleksinin, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən quşçuluq fabrikinin, İsmayıllı şəhərində “Yaşıl market”in və rayon kənd təsərrüfatı idarəsinin inzibati binasının, Qarakolluq, Kürdmaşı, Kəlbənd, Sumağallı, Qoşakənd, Qurbanəfəndi, Qubaxəlilli, Talıstan, Topçu kəndlərində istixana təsərrüfatlarının yaradılması, Təzəkənd, Kürdmaşı və Qalagah kəndlərində fermer mağazalarının açılması, əhalinin içməli və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması üçün Qoşakənd, Ağbulaq, Qubaxəlilli, Quşencə, Balik, Enişdibi, Gideyli, Topçu kəndlərində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Hal-hazırda bu müəssisələrdə işlər sürətlə gedir.
Təcrübədə olduğum müddətdə fond materiallarından istifadə üçün lazımi şərait yaradıldı, şəkildə gördüyünüz bu yeni ünvanları şəxsən gəzib görməyimə şərait yaradıldı, bu qısa müddət ərzində əmin oldum ki, İsmayıllıda baş verən dəyişikliklər sadəcə küçələrin asfaltlanması, parkların, küçələrin yenidən qurulması, yeni iş yerlərinin açılması deyil, ən önəmlisi iqtisadiyyatda gedən dəyişikliklərdir. Bunlar ilk baxışda o qədər də nəzərə çarpmır, amma zaman keçdikcə insanlar bunun xeyrini daha atrıq görəcəklər. Eşitdiyimə görə, rayonumuza rəhbərlik edən iqtisad elmləri doktoru Mirdaməd Sadıqov ilk günlərdən deyib ki, o insanlara balıq verməyəcək, balıq tutmağı öyrədəcək. Bu, həqiqətən belədir. Bu gün İsmayıllıda insanlara pul qazanmaq yolları öyrədilir. Yazını hazırlayarkən doğma İsmayıllımdan daha bir sevindirici xəbər də aldım – rayonda 140 nəfər gənci əhatə edən “Gənc təsərrüfatçılar məktəbi” fəaliyyətə başlayıb. Onu da öyrəndim ki, bu məktəbdə Elmlər Akademiyasının, İqtisad və Aqrar Universitetlərin, habelə Kənd Təsərrüfatı Nazirliyinin alimləri gənclərə təsərrüfatçı olmağın sirlərini öyrədəcəklər. Nə gözəl…
Artıq yeni dərs ilimiz başlayıb, auditoriyadayam, o maraqlı, gözəl günlər arxada qalıb, həyatımın ən unudulmaz anları kimi yaddaşıma hopub. Hələlik, doğma diyar, yenidən görüşənədək.
Nigar Teymurova,
Bakı Dövlət Universitetinin tələbəsi

Şərh Yaz