Təhsilə önəm verilir

İsmayıllı bələdiyyəsi fəaliyyətə başladığı ilk gündən rayonda həyata keçirilən ictimai-siyasi və digər kütləvi tədbirlərdə yaxından iştirak edir. Şəhərin yaşıllaşdırılması, abadlıq və sanitariya vəziyyətinin yaxşılaşdırılması işləri ilə yanaşı təhsil sisteminə də diqqət yetirir. Şəhər məktəblərinin şagirdlərinin, tələbə adını almış məzunların qazandıqları uğurlar bələdiyyənin nəzərindən yayınmır. Şəhər bələdiyyəsi həmin məktəblilərin əməklərinin qiymətləndirilməsində də öz əməli işini görür, uşaqları mükafatsız qoymur.
Təhsilə önəm verilir
Bu il sentyabrın 2-də “Qala” şadlıq sarayında keçirilən möhtəşəm “Təhsil bayramı”nda yüksək balla ali məktəblərə daxil olan məzunların hamısı mükafatlandırılmışdır. Bələdiyyə də bu bayrama əli boş gəlməmişdi: 20 nəfər tələbə adını almış məzuna DVD pleyer təqdim etdi. Qiymətli hədiyyələri şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev təqdim etmişdir. Ümumiyyətlə, bələdiyyə təhsilə böyük önəm verir və həmişə imkanı daxilində bu sahəyə kömək əlini uzadır.

Validə Ələsgərova,
bələdiyyənin işçisi

Şərh Yaz