İsmayıllı yazarlarının şeir dəftərindən

Uşaq xəyalı

Bir zaman öz uşaq xəyalımla mən
Cinlərin rəsmini çəkə bilərdim;
Boynunda dəyirman daşı gəzdirən
Ağ divi Niyaldan yekə bilərdim.
Nərbala təkbətək lap bir ordunu
Qırıb bir-birinə qatar deyirdim;
Gül Qah-Qah xanımın imarətinin
Qübbəsi ulduza çatar deyirdim.
Elə bilirdim ki, “Г‡ırağın qulu”
“Gözünü yum!” desə, məktəb tikilər;
Elə bilirdim ki, Dəmirçioğlu
Tutub paravozu saxlaya bilər.
Bir zaman axtardım mən də “sim-sim”i
Sirli qapıları açıb-bağlasın.
Bir vaxt istəyirdim Süleyman kimi
Qarışqa mənimlə ülfət bağlasın.
Elə ki el qızı danışdı-güldü,
“Şahzadə xanımlar” gözdən düşdülər;
Mən yaşa dolduqca divlər kiçildi,
Saraylar gözümdə adiləşdilər.
Şərin qüvvəsini duyduğum gündən
Bildim əfsun nədir, cadugər nədir;
Gördüm ifritə də, mələk də, cin də
Elə insanların öz içindədir.
Məmməd Mirzə
Gəl

Dostum, məni say da, gəl,
Dəmlətmişəm çay da, gəl.
Aprel keçdi, gəlmədin,
İnsaf elə, mayda gəl.
Ş.Daglaroglu

Bu yerlərə yayda gəl,
Var meşə də, cay da gəl.
Qonaqpərvər məkandır,
Dost gözləmir pay da gəl!

Apreldə gəl, mayda gəl,
Catdirmasan yayda gəl,
İsmayilli – füsunkar,
İstədiyin ayda gəl!

Dostu dəvət edərlər,
Budur bizdə qayda, gəl.
Suyu, havasi təmiz,
Olar cana fayda, gəl.

İşlərim coxdur demə,
Qaydasina qoy da, gəl.
Ayri vaxtın olmasa,
Bayramda gəl, toyda gəl.
Rafiq Mehdiyev

Ay bacı
Dəyərli jurnalistimiz, hörmətli ziyalımız, qələm yoldaşımız Lətifə xanımın 60 illiyinə

Sən hikmətlə dolu müdrik, ağıllı
“Sərv boylu“ bir mələksən, ay bacı.
Adın kimi lətif, sadə, mehriban,
Həm şirindil, həm göyçəksən, ay bacı.

Üzün hər an xoş əhvallı, xoş hallı,
Yaşamısan atmışı xoş xəyallı,
Doğma yurda abidədir “Diyallı”,
Sən döyünən bir ürəksən, ay bacı.

Yazıya-pozuya meylini saldın,
Qəzetin, jurnalın qeydinə qaldın.
“Girdiman” susanda kövrəldin, doldun,
Həm rəhimli, həm kövrəksən, ay bacı.

Müəllimtək üzün, gözün ziyalı,
Nə vaxt dinsən kəlmən, sözün ziyalı,
Ailən ziyalı, özün ziyalı,
Evdə halal duz-çörəksən, ay bacı.

Hər gün işçi, əməkçidir ürəyin,
Köməksizə köməkçidir ürəyin.
Duaçıdır, diləkçidir ürəyin,
Neçə evə sən dirəksən, ay bacı.

Ötsə də ömrünün baharı, yazı,
Sən hələ özündən ayırma bizi.
Yetmişi, səksəni, doxsanı, yüzü
Sağlıq olsun, görəcəksən, ay bacı.
Nazir Ziya Talıstanlı

Küsüb

Ağacda armudu var,
Kolluqda moruğu var,
Yasağı, qoruğu var.
Ağız-burnunu büzüb,
Ayı meşədən küsüb…
Meşənin xəbəri yox.
Balı qalıb koğuşda,
İzi qalıb yoxuşda,
O keçiddə, o daşda,
Ağız-burnunu büzüb,
Ayı meşədən küsüb…
Meşənin xəbəri yox.
Nə imiş dərdi-səri,
Donquldayır sərsəri.
Yayıb bu bəd xəbəri,
Ağız-burnunu büzüb,
Ayı meşədən küsüb…
Meşənin xəbəri yox.
Dağ döşündə zağası,
Oğlu meşə ağası.
Uduzub nərddə tası,
Ağız-burnunu büzüb,
Ayı meşədən küsüb…
Meşənin xəbəri yox.
Ağlamaqdan gözləri,
Yeməkdən qarnı şişib.
Nə var, nə var ağacdan
Başına yarpaq düşüb:
Ağız-burnunu büzüb,
Ayı meşədən küsüb…
Meşənin xəbəri yox.
Xalıq Yusifoğlu

Г‡aşan bizik

Ağıllıyıq, amma Şeytan
Toruna düşən də bizik.
Qaynar qazan imiş cahan,
İçində bişən də bizik.

Hər ürəkdə min qubar var,
Dildə gileylər, ağılar …
Qorxuruq dünya dağılar,
Altını eşən də bizik.

Nəfsin altında əzildik,
Günahı günahla sildik.
Səbri Allah əmri bildik,
Qaynayıb daşan də bizik.

Oduq, közük, amma soyuq,
Öyünməyək, vallah, buyuq.
Deyirik: “Allah quluyuq”,
Həddini aşan də bizik.

Quranın yüz ayələri –“
Allahın öz ayələri.
Öyrənib düz ayələri,
Gahbagah çaşan də bizik.
Oqtay İsmayıllı

Qəzəl
Eşqinin atəşi yandırdı məni, yarə dedim.
Şəkəri-şəhdi-ləbin çarədi bimarə dedim.

Alışıb yandı könül möhnəti-hicrin çəkərək,
Duymadı sevgili yar, dərdimi əğyarə dedim.

Vəsf elə söylədilər gül üzünü nazlı yarın,
Üzü ay, ləbləri qönçə, qaşı ayparə dedim.

Qaməti sərv təki, şux yerişi ahu misal,
Kirpiyi müjgan oxu, gözləri qapqarə dedim.

Pərişan zülf arasından görünən odlu baxış,
Г‡arəsiz aşiqini eyləyib avarə dedim.

Г‡öhrəyə çəkdi niqabı, elədi qeyb üzünü,
Görəsən, bir də haçan ay doğar dübarə dedim.

Həsrətəm al yanağa, tuti dilin şərbətinə,
Susuzam, təşnədi ləbim, ciyərim parə dedim.

Taqətim qalmayıb artıq, ürəyim tab eləmir,
İnsaf et, rəhm elə, gəl, çəkmə məni darə dedim.

Diz çöküb yalvararaq, ərz elədim Rəbbimə mən,
Г‡arə qıl, ehtiyacim var gülü-rüxsarə dedim.

Eşq divanəsi tək çöllərə düşdüm, nə edim,
Köçürəm hicrin əlindən daha məzarə dedim.

Dil deyə bilmədi əsla ki, necə eşqidi bu,
Musiqi ərz eləsin qoy, kəmana, tarə dedim.

Tapmasan söz onu vəsf eyləməyə, sən də, Roman,
Vəsfini söyləməyə ver sözü əşarə dedim.
Roman

Ana

Allahdan aşağı hansı zirvə var,
Ana zirvəsinə tay ola bilsin.
Övladdan savayı axı nə var ki,
Ana üçün əziz pay ola bilsin.

Odur könlü kövrək, varlığı uca,
Bala sevgisindən qar yağır saça.
Oğul-qız görəndə az qalır uça,
İstər qəlbi yola lay ola bilsin.

Ehtiram göstərib yaradan özü,
Müqəddəs tutulub ananın sözü.
Qaranlıq yollara nur çilər gözü,
Biri günəş, biri ay ola bilsin.

Oğul itirənin qurumaz yaşı,
Sığışmaz dünyaya dərd çəkən başı.
Г‡əkilməz dərdlərdən sınanda qaşı,
Mümkünmü kainat say ola bilsin ?

Г‡əkdiyi əziyyət olanda hədər,
Qıymaz övladına analar kədər.
Qəlbində alqışı dünyalar qədər,
İsməməz biri də zay ola bilsin.

Dünya xəzinəsin ver qalaq-qalaq,
Bir anlıq zəhmətə halallıq alaq.
Ana məhəbbəti çağlayan bulaq,
İnanmıram belə çay ola bilsin.
Bəydadaş Cəfərli

Qovuşmuşam sevincə
Nəvəm Əli üçün
Gəlişin ömrümüzə
Təzə bahar gətirmiş.
Bağımız, bağçamız da
Şirin nübar bitirmiş.

Adın müqəddəs,ulu,
Gözlərin qara gecə.
Tanrıya üz tutaraq,
Qovuşdum bu sevincə.

Г‡içək nəvələrimin,
Arxası, qardaşısan.
Sən ömrə ömür qoşan,
Yurdun vətəndaşısan.

Böyü fərəh içində,
Adına şərəf gətir.
Yaxşılığı qəlbinə,
Sən köçür sətir-sətir.

Əziz balam, gül oğlum,
Bir yaşın da mübarək.
Dolmusan ürəyimə,
Şirin-şirin nəğmətək!
Murad Məhərrəmov

Bu gün icazə ver…

Bu gün icazə ver mənə ilk dəfə,
Sənin özündən də yaxının olum.
Öpüm dodaq- dodaq baxdığın yeri,
Bulud gözləriylə axının olum.

Bu gün icazə ver mənə bir daha,
Girim gözlərinin dərinliyinə.
Yanıb gecələrin baxışlarından
Qaçım gözlərinin sərinliyinə.

Bu gün icazə ver mənə daha çox,
Yaz çiçəyi olub qarşına çıxım.
Xəzanı başlasın qəm payızının,
Gülüb sevə-sevə əlini sıxım.

Bu gün icazə ver mənə nə olar,
Bir fidan üstündə yarpağın olum.
Könlün istəyirsə lap elə indi,
Düşüm tapdaq altda torpağın olum.

Bu gün icazə ver mənə bir daha,
Qoy görüşə gəlim sıxılsam belə.
Ovcunun içində saxladığınçün
Qorxma əzilmərəm yıxılsam belə.

Bu gün icazə ver mənə bir dəfə,
Bir az “ mən- sən “ olaq, bir azca da biz.
Gizli bağçamıza sığınaq Canım,
Yansın alov-alov ürəklərimiz.
Şəhla Ramazanqızı

* * *
Gözlərimin önündə
sahilsiz dəniz kimi
mavi dalğalarıyla
uşaq tək ağlayan sevgim,
günlərin bir
gözəl günündə
al məni qanadlarına
Füzulinin röyalarında
gecələrin ahı kimi
sızlayan sevgim

Nazim Hikmət əfəndim,
gecə dəniz deyilmi…
Yuxularımı mələklərə
danışan min-min
ölülərin gözləri
qonaq gəlir hər gecə
kədər dolu, ah dolu
şairanə ürəyimə.
Ölüm necə də gözəl yaraşır,
Qərib şairin gözlərinə.
Uşaq gözləri kimi
Tənhalaşan gözlərinə…
Uşaq tək ağlayan sevgim –“
Dəniz tək çağlayan sevgim.
Elsevər Məsim

Gizlənibdir

Söz var açıb demək olmur,
Dil altında gizlənibdir.
Ömür ötür, görmək olmur,
İl altında gizlənibdir.

Ötən günlər dönən deyil,
Uçub gedir, enən deyil.
İlk məhəbbət sönən deyil,
Kül altında gizlənibdir.

Ötüb keçir qərinələr,
Tapılmayıb hələ nələr.
Neçə-neçə xəzinələr
Lil altında gizlənibdir.

Bir hakim var, Allah adlı,
Bir şeytan var, tamah adlı,
Cəhənnəm var, günah adlı,
Fel altında gizlənibdir.

İnsan Tanrıdan böyükmü?
Haqq- ədalət ağır yükmü?
Neçə mərdin ölüm hökmü,
Əl altında gizlənibdi.

Hər gözələ demə insan,
Görməyincə ağıl, iman.
Neçə-neçə şahmar ilan,
Gül altında gizlənibdir.

Alsan namərdin daşını,
Gəl axıtma göz yaşını.
Axtar zalım şah başını
Sel altında gizlənibdir.
Südabə Şeyda

Zibil qutuları

Г‡oxunu görmüşəm zibil əlində,
Zibil qutusunun keçir yanından.
Zibili ətrafa tullayan insan,
Məgər utanmırmı öz vicdanından?

Belə zibillərə neyləyək ki, biz
Zibili zibiltək qutuya atsın?
Yəqin beləsinin bir istəyi var–“
Özütək eybəcər nəsə yaratsın.
Rüstəm Məbudoğlu

Qorxudubdu

Qorxuram özümdən neçə vaxtdı ki,
Görən məni məndən nə qorxudubdu?
Gözlərim qalıbdı ot arasında,
Yamyaşıl çəməndən nə qorxudubdu?

Ürək dözmür buna, ağrıyır baş da,
Duyuram səksəkə, qorxu, təlaş da.
Ömrün bu çağında, məni bu yaşda,
Saçımdakı dəndən nə qorxudubdu ?

Kənar gəzdirirəm darağı teldən,
Yorulub arabir düşürəm əldən.
Ətirli çiçəkdən, qoxulu güldən,
İyli yasəməndən nə qorxudubdu?

Məni diksindirir qəbir qazan da,
Həddini aşan da, yolun azan da.
Ehtiyat edirəm sözü yazanda,
Dəftərdən, qələmdən nə qorxudubdu ?
Tamam Nur Tağlabiyanlı

Sən

Təkliyimi ələ salan,
Əsmir daha o külək, yel.
Bədənimdə həmin acı
Ağlımdasa həmin o yer.

Yaşadığım nə varsa dost,
Düşünürəm, bəlkə boşdu.
Nə günahım, bilmirəm heç,
Ya sevmək, ya susmaq xoşdu ?

Kaş ki, mənim bu halımı
Bilməyəydi könlüm yazıq.
Əldən düşmüş, boynu bükük,
Düşüncəsi yaxın, uzaq.

İndi sorma : “ Nə, nə? ”, – deyə,
Varla yoxun sonu nəsə.
Dərdlərimin boyu uzun,
Xəyalımın ömrü qısa.

Məndim yazıq, mən sadəcə,
Gözəl də sən, haqlı da sən.
“ Sağ ol “,-deyə gedən səndin,
“ Getmə “,- deyə baxansa mən.
Alik Dənizsevər

Şərh Yaz