Turizm günü ilə əlaqədar tədbirlər keçirilib

Sentyabr ayının 27- də Ümumdünya Turizm Günü münasibətilə İsmayıllıda bir sıra tədbirlər həyata keçirilib.
Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bir qrup gəncin Cavanşir qalasına infoturu təşkil edilib, Onlara tarixi keçmişimizi əks etdirən abidə barədə məlumatlar çatdırılıb.
Turizm günü ilə əlaqədar tədbirlər keçirilib
İsmayıllı Peşə Tədris Mərkəzində də Turizm günü ilə bağlı tədbirlər keçirilib, rayonun turizm potensialı, bu istiqamətdə görüləcək işlər haqqında toplantı iştirakçılarına ətraflı məlumat verilib və rayonun Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib.
Cavanşir qalası, Qız qalası və digər tarixi abidələr ətrafında təmizlik işləri aparılıb. Gənclər yürüş etdikləri tarixi abidələrin ətrafında piknik və əyləncəli oyunlar keçiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz