Tarixi qardaşlıq əlaqələri

Bakının bolsevik erməni dasnak qruplarından azad olunduğu gün münasibətilə sentyabr ayının 15-də rayonun Hacıhətəmli kəndində RİH başçısının kənd üzrə numayəndəliyi, məktəb kolektivi və zialıların iştirakı ilə qəhrəman turk əskərinin kənddəki qəbri ziyarət olunub. Tarixi qardaşlıq əlaqələri
96 il əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Həmin vaxtda təkcə paytaxtda deyil, Azərbaycanın bir sıra bölgələrində erməni qəsbkarları susdurulub. Vətən minlərlə övladını şəhid verib.
Tədbirdə çıxış edən RİH başçısının Hacıhətəmli kənd İƏD-I üzrə nümayəndəsi Nazim Ağakişiyev, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Sahin Kərimov, təqaüddə olan müəllim Mehdi Məmmədov, kənd ziyalılarından Səməd İsmayıllı qəhrəman türk ordusunun şücaətindən, Türkiyə ilə Azərbaycanın tarixi qardaşlıq əlaqələrindən danışıblar.
Günel Əhmədova,
məktəbin şagirdi

Şərh Yaz