Əhalinin nəzərinə!

Hörmətli İsmayıllı şəhər sakinləri!
Müəyyən məqsədlərlə küçələrdəki avtobus dayanacaqlarına, idarə və müəssisələrin giriş qapılarına, binaların divarlarına, meydan və parklardakı ağacların gövdəsinə, işıq və telefon dirəklərinə müxtəlif üsullarla yapışdırılan elan və bildirişlər şəhərin estetik görüşünə xeyli xələl gətirir.
Şəhərimiz gündən-günə yeniləşir, müasir görkəm alır. Elanların bu şəkildə diqqətə çatdırılması heç də xoşa gələn hal deyil. Elanlarınız qoparıldıqdan sonra yaranan səliqəsizlik üzündən şəhərimizin qonaqları haqqımızda yəqin ki hec də yaxşı təsəvvürdə olmurlar.
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti ilə qərara gəlmişik ki, aydın və anlaşılan şəkildə tərtib etdiyiniz elanları çap etdirmək üçün İsmayıllı bələdiyyəsinə təqdim edəsiniz. Bununla elanlaınızı vaxt itirmədən əhaliyə çatdırılmasına nail olursunuz. Qəzetin tirajı yapışdırdığınız elanların sayından qat-qat çoxdur. Qəzet daha geniş ərazidə yayılır və oxunur. Г‡ap etdirəcəyiniz elan üçün ödəniş tələb olunmur.
Məsələnin bu cür qoyuluşunda məqsəd şəhərin təmiz saxlanması və müəyyən mənada arzu və istəklərinizin həyata keçməsində yardımçınız, vasitəçi olmaqdır.
İsmayıllı bələdiyyəsi

Şərh Yaz