Partiya gücünü nümayiş etdirəcək

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi Qadınlar Şurasının, Gənclər Birliyinin, ağsaqqalların iştirakı ilə dəyirmi masa keçirib.
Maarifləndirmə nəqsədi daşıyan tədbiri giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsinin sədri Əzizə Vahabova açıb. O qeyd edib ki, YAP İsmayıllı rayon təşkilatı noyabr ayınin 1-də keçiriləcək parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır.
Partiya gücünü nümayiş etdirəcək
Əvvəlki illərin seçki nailiyyətlərindən və bütün standartlara cavab verən seçki texnologiyalarından istifadə olunur. YAP İsmayıllı rayon təşkilatı əhali arasında xüsusi hörməti və nüfuz sahibi olan ziyalıların da iştirak etdiyi 15 nəfərdən ibarət YAP Mərkəzi Qərargahının İsmayıllı rayon şöbəsini formalaşdırıb. Seçicilərlə işləyən partiya fəalları müəyyənləşdirilib. 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının dislokasiyasına 69, 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasının dislokasiyasına rayonun 6 seçki mətəqəsi daxildir. Müvafiq seçki dairələri üzrə 45573 nəfər seçki hüquqlu şəxs vardır ki, onların da 41095 nəfəri 86 saylı İsmayıllı, 4478 nəfəri isə 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasının dislokasiyasında cəmləşir.
YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi hər iki seçki dairəsinin məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərin siyahıları dəqiqləşdirilib. Müşahidəçilərin sənədləri DSK-na təqdim olunub.
Ə.Vahabova bildirib ki, YAP tərəfindən namizədliyi irəli sürüləcək şəxsin imzatoplama kompaniyası zamanı imza toplayacaq 10 nəfər şəxs də müəyyənləşdirilib. Bu siyahı YAP Mərkəzi Seçki Qərargahına təqdim edilib. İmza toplayan şəxslər və təbliğat qrupları ilə treninqlər keçirilib.
Daima dövlətə və dövlətçiliyə sədaqətli olan İsmayıllı seçiciləri ötən seçkilərdə səslərini ulu öndər Heydər Əliyev irsinin davamçısı olan YAP sədri Prezident cənab İlham Əliyevə, onun rəhbəri olduğu və ümummilli liderin siyasi zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyasına, onun layiqli namizədlərinə veriblər. Əvvəlki parlament seçkilərində olduğu kimi, 2015-ci ilin 1 noyabrında keçiriləcək seçkilərdə də xalqın inam və etibarına arxalanan Yeni Azərbaycan Partiyası parlaq qələbə qazanmaqla Milli Məclisdə öz təmsilçiliyini daha da möhkəmləndirəcəkdir.
Tədbirdə çıxış edənlər ölkəmizin ən böyük siyasi lokomotivi olan Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, qarşıdan gələn parlament seçkilərinə də böyük məsuliyyətlə hazırlaşdığını qeyd ediblər. Bildiriblər ki, YAP İsmayıllı rayon təşkilatı bu ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə də qarşısına qələbə əzmini qoyaraq çoxlu sayda partiya fəalını bu seçkilərə səfərbər edib. İnsanların bu patiyaya, onun liderinə olan inamı və etibarı bu seçkilərdə də partiyanın gücünü, əzəmətini nümayiş etdirəcək.
“İsmayılı xəbərləri”

Şərh Yaz