“İsmayıllı yazarları” nın şeir dəftərindən

Hardasan
(Anamın ilinə)

Anam, ey dilbərim, sonam, hardasan ?
Kaş alışam, külə dönəm, hardasan ?

Dönəm pərvanəyə həsrət odunda
Ömrüm boyu, yanam, yanam, hardasan ?

Məzarına qurban olum, yerinə,
Kaş mən yanam, kaş mən donam, hardasan?

Fələyin qurduğu o yurdun nədir?
Uçsun başa evim, binam, hardasan?

Görüşmərik, əbədidir ayrılıq,
Yox heç nəyə daha güman, hardasan?

Niyə belə yaranıbdı bu dünya ?
Gözəl anam, Göyçək anam, hardasan?
Nazir Ziya Talıstanlı

Uduzmaz
Varsa yandıranı yanar sübhədək,
Zülmətlə döyüşü çıraq uduzmaz.
Qalmaz ayaq altda köhnə başmaqtək,
Baş baş olsa, vallah, papaq uduzmaz.

Hər qarğa bir meyvə aparsa bağdan,
Onu da kolluqla sən bərabər san.
Salar tufanı da tabdan mərd bağban,
Bar nədir, heç bircə yarpaq uduzmaz.

Hanı Dərbəndimiz, hanı Göyçəmiz ?
Bulaşdıq zamanın tozuyla təmiz.
Can bütöv, yurd yarı, kişiyikmi biz ?
Kişi can uduzmaz, torpaq uduzmaz.
Oqtay İsmayıllı

Dərdlərimlə mən yaşıdam

Dərdlərimlə mən yaşıdam
Doğulandan yanımdadır.
Boyu boyumdan ucadır,
Ünvanı sol-sağımdadır.

Ürəyimdə qübarı var,
Köz- köz olan qabarı var.
Önümdə daş hasarı var,
Dəvası o bağımdadır.

Gözlərimdə donub kədər,
Hicranına dözdüm hədər.
Olumdan ölümə qədər,
Qovğaları canımdadır.

Budur tale, budur qismət,
Ləpirləri həsrət-həsrət.
Bu aşiqlik, bu məhəbbət,
Gövhəri al qanımdadır.

Mən qaçdım, gəldi üstümə,
Odu qarışdı tüstümə.
İnsana oxşar büstümə
Cavabı son anımdadır.
Murad Məhərrəmov

Olduq

(Gənclik yoldaşım,istedadlı pedaqoq, Əməkdar müəllim Rasim Orucova)
Bir yerdə külüng çalıb,
Hər işdə yoldaş olduq.
Pislərə sinə gərib,
Sirlərə sirdaş olduq.

Az tapıb azdan yedik,
Kürdən, Arazdan dedik.
Şeirdən, sazdan dedik,
Doğmaca qardaş olduq.

Bur yollandıq hər yana,
Quşencəyə, Cülyana.
Ucalıb asimana,
Məclislərdə baş olduq.

Gəzdik düzü, aranı,
Yurdumuztək yurd hanı?
Ulu Azərbaycanı
Sevən vətəndaş olduq.

Uymadıq şan-şöhrətə,
Hər minnətə, möhnətə.
Alışdıq saf zəhmətə,
Г‡ox başlara daş olduq.

Г‡ox elləri dolaşdıq,
Şənliklərdə qol açdıq.
Əyrilərlə dalaşdıq,
Düzə tərəfdaş olduq.

Г‡içək mənim, gül sənin,
Ağuşunda gülşənin.
Göylərində Vətənin
Qanad çalan quş olduq.

Taleyin bax cəbrinə,
Fərmanına, əmrinə.
Hərə bir qız ömrünə
Zər olduq, daş-qaş olduq.

Bulaq üstə, meşədə,
Gözdən uzaq guşədə.
Mey qoymayıb şüşədə,
Dincəlib sərxoş olduq.

Girən olur araya,
Ağ söyləyir qaraya.
Ömür keçir yarıya,
Gör kimlərə tuş olduq.

Ötdü ömürdən illər,
Ağardı qara tellər.
Baxıb güldü gözəllər,
Qocalıb çıxdaş olduq.

Bu torpaqdan güc aldıq,
Pillə-pillə ucaldıq.
Deməyəsən qocaldıq,
Köhnəlib nimdaş olduq.
Xalıq Yusifoğlu

İsinməz

Qollarımı doğrayıb, qoyacam qazan altda,
Namərd çatan ocaqda suyum, aşım isinməz.
Damın altına dönüb, evə yığışdığım vaxt,
Soyuyar divarlarım, evdə daşım isinməz !

Г‡əkib əziyyətini can qoyduğum otaqda,
Olmaz həyat sürməyə, yaşamağa maraq da.
Özgə qalayan odda, yad çatdığı ocaqda,
Titrəyərəm, əsərəm, dilim, dişim isinməz.

Könlüm, gözüm boşalıb mümkün deyil dolmasa,
Yada şirinlikləri, acıları salmasa.
Ocağım öz əlimlə istisində qalmasa,
Donar bəbəklərimdə, gözdə yaşım isinməz.
Tamam Nur Tağlabiyanlı

Gəlmək istəsən

Bir gün gəlmək istəsən,
Qapımı döyməmiş gəl.
Kədərli gəlişinlə
Qəlbimə dəyməmiş gəl.

Bir gün gəlmək istəsən,
Mehriban dost kimi gəl.
Ürəyimdə ağlayan
Həsrətimə uzat əl.

Bir gün gəlmək istəsən,
Şirin bir nəğmətək gəl.
Ən vəfalı dost kimi ,
Ən yaxın, doğmatək gəl.

Bir gün gəlmək istəsən,
Əbədi günəş ol gəl.
Sevdamın ocağına
Sönməyən atəş ol gəl.
Gülxar Cəbiqızı

Vicdan bazarı

Vicdan bazar olub, ar bazar olub,
İndi nə vicdan var, nə ar görünür.
Vicdanı satanlar elə satıblar,
Vicdanın yerində bazar görünür.

İnsanlıq, ləyaqət çökdümü birdən?
Dayaqlar üzüldü, təməl çatladı.
Vicdanın ayağı üzüldü yerdən,
Namərdlər, nadanlar belin qatladı.

Vicdan bazar olub, üzü-özündən,
Əyilə bilməzdi, çökə bilməzdi.
Vicdan insanlığın düşüb gözündən,
Yoxsa bu qədər də o əyilməzdi?

Deyirəm, hamıya ölənə qədər,
Vicdanı əbədi olaydı qardaş.
Alınıb, satılıb, olmayıb hədər,
Bir ölçü olaydı insanlığa kaş.
Rüstəm Məbudoğlu

Danışma,gözlərin bəs edər mənə

Ruhumuz eynidir, duyuram səni,
Kaş duya biləsən mənimtək məni.
Bu günü, sabahı, olub keçəni–“
Danışma, gözlərin bəs edər mənə.

Aynası deyirlər gözə ürəyin,
Gözündən görünür sözün, istəyin.
Deyə bilməyəndə gözdür köməyin,
Danışma, gözlərin bəs edər mənə.

Bilirəm deməyə çoxdur sözlərin,
Darıxma, hər şeyi deyir gözlərin.
Gözlər düşüncəli, baxışlar dərin,
Danışma, gözlərin bəs edər mənə.

Utanırsan, hissin yayılır üzə,
Necə ki, lalələr səpilir düzə.
Bəlkə bu da bir cür sınaqdır bizə,
Danışma, gözlərin bəs edər mənə.
Aidə Gədəbəyli

Şərh Yaz