Yaddas kitabcasi

İfadə azadlığı mədəniyyəti

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını İsmayıllıda keçirib. Heydər Əliyev Mərkəzində baş tutmuş seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib.
İfadə azadlığı mədəniyyətiOrta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını İsmayıllıda keçirib. Heydər Əliyev Mərkəzində baş tutmuş seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib.
İfadə azadlığı mədəniyyəti
İsmayıllı rayon təhsil şöbəsinin təmsilçisi Ramiz Baloğlanov qonaqları və iştirakçıları salamlayaraq Azərbaycanda ifadə azadlığı mədəniyyətinin genişləndirilməsi üçün atılan addımları yüksək dəyərləndirib. O, dövlətin gördüyü işləri ayrıca vurğulayaraq qeyd edib ki, son illər ərzində bu yöndə ciddi işlər görülməkdədir.
CASCFEN sədri Azər Həsrət seminarın İsmayıllı rayonunda keçirilməsinin təsadüf olmadığını deyib:
– Biz İsmayıllı müəllimlərinin yeni texnologiyalara olan marağını nəzərə alaraq bu rayonu da layihəmizə daxil etmişik. Bilirik ki, sizin rayonun müəllimləri istər rayon səviyyəsində, istərsə də ölkə səviyyəsində belə proqramlarda həvəslə iştirak edirlər, çoxlu uğurlara imza atıblar. O baxımdan düşündük ki, seminarımız üçün ən uyğun iştirakçıları elə bu rayondan tapa bilərik.
Seminarın eksperti, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı isə çıxışında İsmayıllının Azərbaycan dövlətçiliyi tarixində mühüm rolu olduğunu bildirib. Bölgənin insanlarının istiqanlı və pozitiv olmasına diqqət çəkən Ə.Qoşalı İsmayıllıdakı inkişafın da diqqəti cəlb etdiyini vurğulayıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülər Baxışova da qonaqları və iştirakçıları salamlayaraq İsmayıllıda QHT-lərin fəaliyyətinə, vətəndaş maarifləndirməsinə böyük önəm verildiyini qeyd edib:
– Elə bu Mərkəzdə tez-tez bənzər tədbirlər təşkil edilir. O baxımdan sizin də belə bir seminar keçirmənizi alqışlayırıq, – deyə Gülər xanım bildirib.
Bundan sonra işinə başlayan seminarda ekspert Azər Həsrət onlayn ifadə azadlığına təminat verən beynəlxalq və milli normalar haqqında qeydlərini edib. O, ayrı-ayrı örnəklərlə bu sahədə qarşıya çıxa biləcək problemlərdən də danışıb.
Ekspert Ə.Qoşalı Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında tez-tez rast gəlinən hallardan nümunələr verməklə ortaya çıxan problemlər haqqında təcrübəsini paylaşıb.
Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında geniş bilgi verib və seminar başa çatıb.
Anonim sorğu zamanı iştirakçılardan 17 nəfəri seminarı əla, 6 nəfəri isə yaxşı qiymətləndirib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Ş.Soltanov

Şərh Yaz