Məramımız bəhrəsini verəcək

Hörmətli oxucular!
İsmayıllının 30-cu illərdən başlanan mətbuat tarixi kimlərinsə təqsir və ya laqeydliyi üzündən qırıldı, fasilə verdi. Bu boşluğu doldurmaq missiyasını 2008-ci ilin yanvar ayından “İsmayıllı xəbərləri” öz üzərinə götürdü. Yeni qəzetin redaktoru və ya oxucusunun istəyindən asılı olmayaraq “Girdiman”ın üzərinə düşən borc və vəzifələr “İsmayıllı xəbərləri”nə ötürüldü.
Bu qəzetin də əməkdaşlarının və abunəsinin sayı kifayət qədər məhduddur. Ona hərtərəfli dəstək duran yalnız rayon İcra Hakimiyyətinin rəhbərliyidir. Bu da müasir ideologiyanın tam təbliği üçün yetərli deyil. Nə üçün biz maddi və mənəvi köməyimizi qəzetə göstərməyək, ona dayaq durmayaq? Maraqlı yazılarımızla qəzet səhifələrində çıxış etməyək, qəzet vasitəsilə yaxşıları, yaxşı əməlləri təbliğ etməyək? Niyə nöqsanlardan yazmayaq, kəskin satiranı, səmimi yumoru qəzetin səhifələrinə gətirməyək? Hər bir ailə bircə nüsxə “İsmayıllı xəbərləri” qəzetinə abunə yazılsa, bu ideologiyamızın, siyasətimizin, mənəvi, mədəni inkişafımızın xeyrinə olmazmı?
Məramımız bəhrəsini verəcək
“İsmayıllı xəbərləri” qəzeti vasitəsi ilə rayonda ideoloji işi zamanın tələbləri səviyyəsinə qaldırmaq, qəzetin mövzu, eləcə də oxucu dairəsinin genişləndirilməsi məqsədi ilə ictimaiyyətə yaxın, jurnalist ziyalılarımızdan bir qisminin də daxil olduğu redaksiya heyətini yaratmaq barədə qərar qəbul etdik.
Ümidvarıq ki, redaksiya heyəti rayonun gündəlik həyatını qəzetdə əks etdirmək məsələsində fəallıq və obyektivlik nümayiş etdirəcək, İsmayıllını nəinki respublikada, hətta onun hüdudlarından kənarda da Azərbaycanın mirvarisi kimi təqdim etməyə çalışacaq və buna nail olacaqdır.
Redaksiya heyətini tərkibi:
Musa Yaqub –“ xalqın sevimli şairi;
Sevil Əhmədova –“ RİH başçısının Humanitar məsələlər üzrə müavini:
Valeh Salehov – Dövlət qulluğu veteranı, veteran jurnalist;
Hacıməmməd Məmmədov –“ “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatı müəllimi;
Lətifə Əliyeva –“ İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, jurnalist;
Şəfaqət Rəsulov –“ Əməkdar müəllim;
Murad Məhərrəmov –“ İsmayıllı RİH aparatının baş məsləhətçisi;
İntiqam Mehdizadə – Veteran jurnalist;
Şahməmməd Soltanov –“ “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru;
Fəqan Məmmədov –“ RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsinin müavini;
Ələddin Ələkbərov –“ Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru;
Şəhla Qafarova –“ Gənclər və İdman İdarəsinin böyük məsləhətçisi.
Əziz İsmayıllı sakinləri, müraciətimiz sizədir. Sosial həyatımızın gündəlik inkişafı naminə, problemlərimizin uğurlu həlli üçün gəlin, daha fəal olaq. Tənqidi məsələlərin yanından biganəliklə ötməyək. Qarayaxalara, vəzifəli təkəbbürlülərə, insanlara yuxarıdan aşağı baxanlara iradımızı bildirək. Vacib məsələləri qeybət formasında çayxanalarda müzakirə etməkdənsə, redaksiya heyətinə müraciət etməklə həll etməyə üstünlük verək.
Redaksiya heyətinə seçilənlərin iş və həyat təcrübələrinə güvənərəkdən əminik ki, rayonda qəzetçilik sahəsindəki məqsəd və məramımız faydalı bəhrəsini verəcəkdir.
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti

Şərh Yaz