Yaddas kitabcasi

Birlik və işgüzarlıq sayəsində

İsmayıllı rayon mərkəzi olaraq gözlərimiz önündə gündən-günə inkişaf edir. Bu inkişafa sevinməklə oxşar infrastruktur nümunələrini yaşadığımız kənddə də görmək arzusunda idik. Arzularımızdan ən vacibinin gerçəkləşməsi üçün dağlar qoynunda yerləşən Müdri kəndinin bələdiyyəsinə müraciət etdik. Məqsədimiz kəndin ekologiyasını pozan çirkab sularının mərkəzi küçədən uzaqlaşdırılmnası idi.
Bələdiyyənin sədri Zenfira Babayeva fikrimizi bəyəndi, tezliklə məsələnin həll olunacağını bildirdi. Kanalizasiyanın çəkiləcəyi istiqamət, lazımi materiallar müəyyənləşdirildi. Tədarük olunan material kəndə daşındı.
Birlik və işgüzarlıq sayəsində
Kənd sakinlərinin birgə səyi nəticəsində arxlar qazıldı, borular calandı. Birlik və işgüzarlıq sayəsində kənddə uzun illər mövcud olan antisanitar vəziyyət aradan qaldırıldı. Hər birimizdə əminlik yarandı ki, istədiyimiz vaxtda imkanlarımızı səfərbər edib, güzaranımızı yaxşılaşdıran, kəndimizi abadlaşdıran işlər görə bilərik.
Kənd camaatı üçün vacib olan bir məsələni öz gücümüz hesabına həll etsək də, rayonda, eləcə də ayrı-ayrı yaşayış məntəqələrində işgüzarlığa, inkişafa dəvət edən mühit yaratdığına görə rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Sədaqət Sadıqov,
Müdri kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz