Gənclər paytaxtında istedadlar üzə çıxacaq

İsmayıllı İntellekt klubunun kapitanı Azad Manaflı Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi olub. Bu uğurun sevinci ilə Azadla görüşdük, onunla kiçik bir müsahibə qurduq:
– Sizi təbrik edirik! Gənclər Fondunun VII qrant müsabiqəsin qalibi olmusuz. Layihə barədə məlumat verərdiniz.
Gənclər paytaxtında istedadlar üzə çıxacaq
– Layihə üzrə İsmayıllıda və ətraf rayonlarda Bilik Kuboku uğrunda oyunların keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə təşkilat olaraq Azərbaycan İntellektual Oyunlar Federasiyası və Xəzər İntellektual Gənclər Klubunun mütəxəssisləri ilə əməkdaşlıq edəcəyik. Layihədən İsmayıllı və ətraf rayonlarda yaşayan 1500 nəfərə yaxın gəncin faydalanacağı nəzərdə tutulub. Layihə çərçivəsində İsmayllı rayonu da daxil olmaqla 15 rayonun ərazisində seçim mərhələsi təşkil olunacaq. Seçilən komandalar oktyabr ayında Gənclər Paytaxında-Bilik Kuboku intellektual yarışında iştirak edəcəklər.
– Layihəni həyata keçirməkdə məqsədiniz nədir?
– Bildiyiniz kimi, Gənclər və İdman Nazirliyi tərəfindən hər il “Xəmsə”, “Breyn rinq”, “NHN” kimi oyunların çempionatlarının keçirilməsi adət halını alıb. Bu yarışlarda region komandaları da iştirak edir. Region komandalarının paytaxt komandalarına nisbətən zəif çıxış etmələri və nailiyyət qazanmamaları bu sahədə regionda gənclərin maarifləndirilməsinə və yarışlara cəlb edilməsinə ehtiyac yaradır. Bu səbəbdən İsmayıllıda və ətraf bölgələrdə intellektual yarışların keçirilməsi problemin həllində müəyyən köməklik göstərəcək. Eyni zamanda, kəndlərdə intellektual klubların yaradılması və gələcəkdə həmin gənclərin müstəqil yarışlar təşkil etməsi regionda intellektual hərəkatı genişləndirəcək və “Azərbaycan Gəncliyi 2011-2015-ci illdərdə” Dövlət Proqramının müvafiq bəndinin də icrasına dəstək verəcəkdir.
– Bilik kubokundan kimlərin yararlana biləcəyi məlumdurmu?
– Layihədən İsmayıllı şəhəri də daxil olmaqla 15 regionun hərəsindən 20 komanda, hər komandadan isə 5 nəfər 17-29 yaş arası gənc birbaşa faydalanacaq. Layihə çərçivəsində Qəbələ, Göyçay, Şamaxı, Şəki, Kürdəmir, Ağdaş, Gəncə, Beyləqan, Qazax, Şabran, Lənkəran, Naxçıvan, Oğuz, Salyan, Quba və İsmayıllı şəhərində yaradılacaq təşkilat komitələrinin üzvləri və komanda iştirakçıları ilə yanaşı yarışlarda tamaşaçı qismində iştirak edəcək gənclər də layihədən yararlanacaqlar.
– Layihədən gözlədiyiniz nəticələr haqda öncədən nələri deyə bilərsiniz?
– Layihə nəticəsində İsmayılıda və 15 regionda intellektual klublar yaradılacaq və təşkil olunan turnirin nəticəsində bacarıqlı, istedadlı gənclər üzə çıxacaq. Layihənin icrası region gənclərinin ölkə miqyaslı yarışlarda uğurlu nəticələr əldə etməsinə zəmin yaradacağına böyük ümidlərimiz var. İntellektual hərəkat gənclərin həyat tərzinə çevriləcək və onların instutsional inkişafına şərait yaradacaqdır. Layihə başa çatdıqdan sonra da yaradılan intellektual klublar müstəqil şəkildə öz regionlarında davamlı yarışlar təşkil edəcək və təşkilatı işlərdə tərəfimizdən köməklik göstəriləcək. Layihənin gələcək davamlılığı isə yerli bələdiyyə və icra nümayəndəliklərinin, eləcə də biznes qurumlarının işə cəlb edilməsi ilə reallaşdırılacaq.
– Layihənin icrasında problemlər gözlənilirmi?
– Layihə zamanı əsas risklər verilən elanlar vasitəsilə zonalarda gənclərin layihəyə cəlb edilə bilməməsi ola bilər. Bunun baş verməməsi üçün paralel olaraq həm elanlar vasitəsilə, həm də zonalarda bələdiyyələr, icra nümayəndəlikləri, gənclər və idman idarələrinin dəstəyi ilə fəal gənclər də prosesə cəlb ediləcəklər.
Yarışların keçirilməsində problem baş verməməsi üçün zonalarda yerli bələdiyyələr və icra nümayəndəlikləri, eləcə də məktəblərlə və yerli gənclər və idman idarələri ilə birbaşa əməkdaşlıq ediləcəkdir.
Əslində, kifayət qədər intellektual gənclərin yarışında problem yarana biləcəyi inandırıcı deyil.
– Əvvəlcədən layihəni qazanacağınıza əminliyiniz vardımı?
– Yox, – desəm, daha düzgün olar. Г‡ünki mənimlə bərabər yaxın bir dostum da layihə vermişdi. Onu müsahibəyə Fond cağırmışdı, məni isə yox. Dedim, yəqin layihəm bəyənilməyib. Lakin bir müddət sonra həmin adam mənə bildirdi ki, sənin layihən keçib, mənim yox. Açığı inanmadım. Tez rayondakı internet klubların birinə qacdım. Vəziyyətlə maraqlandım, əldə etdiyim məlumatdan sonra inandım ki, mən bu layihəni qazanmışam.
– Azad, sizə uğurlar arzulayıram. Deyəcəyiniz bir söz qaldımı?
– Təşəkkür edirəm. Mənə dəstək olan dostlara da minnətdarlığımı bildirirəm.
Şahməmməd Soltanov

Şərh Yaz