Üç şey adama ucalıq gətirər

Bu yazını hazırlayarkən məsuliyyət hissi məni gərginlikdə saxlayırdı. Haqqında dəfələrlə yazılmış, təsdiqlənmiş məsələyə yeni nəfəs verib cilalamağın ağırlığını duysam da, inad güc gəldi. Onda olan zəngin mənəvi xəzinənin açarını tapmaq ciddi məsələ olduğu üçün məsuliyyətim bir az da artdı. Onu yaxından tanıdığım üçün cəsarətləndim. Onunla həmişə elm aləmindən, təhsilin uğurlarından, məktəbin fəaliyyət və nailiyyətlərindən, problemlərdən danışırıq.
Müsahibimin sadəliyi, mehribanlığı, müdrikliyi, güzəştə getməyi bacarığı məni həmişə düşündürüb. İlk baxışda adama elə gəlir ki, onun bacardıqlarını hamı bacarar. Ancaq bu belə deyil. Г‡ünki bizi xəlq edən öz hikmət və qüdrəti ilə hamımıza əqli, bilik və kamalı eyni dərəcədə vermir.
Allah bəndəsinə iki cür istedad bəxş edir. Birincisi, anadan gəlmədir. Belə istedad sahibləri olanlar nə qədər təqib olunsalar da, daxillərindəki Allah vergisi ölmür. İkincisi, əməli istedaddır və uzunmüddətli təcrübənin nəticəsidir. Nümunəsi – ovçuluq, Fitnənin öküzü çiynində qırx pilləkən yuxarı qaldıra bilməsidir.
Üç şey adama ucalıq gətirər
Ulu Tanrı xeyirxah, kamil insanları xəlq eyləyib ki, dünya onların xoş əməlləri ilə daha da gözəlləşsin, gözdən düşməsin. Yoxsa pisliklər – zülmət, kin və qəzəb, nifrət, iyrənc, yorucu olan nə varsa, insanları cana doydurardı. Şairin dediyi kimi: “ Yaxşı ki, dünyada yaxşı var imiş, yoxsa, tərg olardıq yaman əlində”.
Haqqında söz açdığım ziyalının taleyində, qismətində xoş məram və məqamlar çoxdur, o isə qismətdən çox zəhmətə ümidlidir. İnanır ki, Allah zəhmətinin nəticəsini, bəhrəsini verəcək. Odur ki, qüdrətli Yaradanın ona bəxş etdiyi zəka işığından davamçılarımıza səxavətlə paylayan kamil insanların sırasında inamla addımlayır.
Rəhbər var ki, tabeliyində olanları sıxıntıda saxlamağı xoşlayır. O isə belə deyil. Nəticədə, kollektivdə hər kəs özünü məsuliyyət və cavabdehlik nizamında aparır. Burada hər kəsin yaxşı işi, əməyi dəyərləndirilir. Г‡ünki hər kəsin haqqı özünə veriləndə (etiraf edək ki, bunu hamı gözləyir), bir tərəf mənən rahatlıq tapdıqda, digəri fəxr edir, nəcibləşir, ucalır. Belələri zəkası, davranışı mədəniyyəti ilə təmasda olduğu insanları da kamilliyə, müdrikliyə gedən yola çəkir.
Təcrübəli, savadlı, zəngin dünyagörüşünə malik insanın rəhbərliyi altında işləmək xoşbəxtlikdir. Gözəl pedaqoq olduğu qədər, gözəl təşkilatçı rəhbərdir, hər kəsə dayaqdır, arxadır budəfəki həmsöhbətim.
Xarakteri ilə peşəsi arasında dərin bir doğmalıq, uyarlıq vardır.
Bəlkə də o, başqa bir sahədə çalışsaydı bugünkü qədər tanınmayacaq, sevilməyəcəkdi. Sənətini –“ müəllimliyi seçəndə düzgün seçim edib. O bu sənətə, bu sənət də ona çox yaraşır. Biz onu axtarmamışıq, amma belələrini tapmaq çətin məsələdir.
Onun peşə əxlaqı çalışdığı məktəbdə mütləq peşə məmnunluğu yaradıb. Gözəl bir kollektiv formalaşıb. Bu cür mühitdə işləməyin özü həyatdan zövq almaq, bəxtindən razı qalmaq üçün bir tale bəxşişidir.
Ömrünü məktəb həyatına xərcləyən, məsləkinə sadiq, sözübütöv bu insan sözdə işgörənləri, yaxşılığını və böyüklüyünü işində göstərə bilməyən adamları xoşlamaz. Dekorativ çıxışlar, şüarçılıq ona yaddır. Sözündə, işində də səmimi, sadədir, mehriban rəftarlıdır. İxtisasca fizikdir. Pafosu, çox danışmağı xoşlamır. Özünəməxsus sadə iş üslubu olduğundan, danışığı da sadə və anlaşıqlıdır.
Bir şərq deyimi var: “Üç şey adama məhəbbət gətirər –“ mədəniyyət, təvazökarlıq və ciddilik”. Bütün bu deyilənlər intuisiyası kifayət qədər güclü olan Qalib müəllimin adına, əməlinə rəğməndir.
Bəşirov Qalib Zakir oğlu 1955-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. Şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. Şəhər 3 nömrəli tam orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1979-1986-cı illərdə 138 nömrəli peşə məktəbində komsomol komitəsinin katibi, İsmayıllı Rayon Komsomol Komitəsində (RKK) təşkilat şöbəsinin müdiri, daha sonra RKK-nin birinci katibi, rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışıb. Rayon sovetinin deputatı, İsmayıllı kənd bələdiyyəsinin üzvü kimi seçkili orqanlarda fəaliyyət göstərib. YAP İsmayıllı rayon təşkilatı idarə heyətinin üzvüdür. 1986-cı ilin sentyabrından Natiq Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbin direktorudur.
Qalib müəllimin rəhbərlik etdiyi məktəb 1984-cü ildən fəaliyyət göstərir. Pedaqoji kollektiv bütövlükdə öz işini Təhsil Nazirliyinin həyata keçirdiyi proqramların yerinə yetirilməsi istiqamətində qurur, şagirdlərin fiziki cəhətdən sağlam, elmli, mənəvi cəhətdən zəngin böyümələri onları Azərbaycanımızın gələcəyi üçün, layiqli vətəndaşlar kimi həyata hazırlamaq üçün səy və bacarığını əsirgəmir.
Məktəb haqqında rayonun pedaqoji ictimaiyyəti arasında kifayət qədər yaxşı rəy var. Г‡oxları məktəbi elə “Qalib müəllimin məktəbi” kimi tanıyırlar.
Üç şey adama ucalıq gətirər
Son üç ildə 70 nəfərdən çox şagirdimiz ali məktəblərə, 20 nəfərdən çox şagirdimiz isə orta ixtisas məktəblərinə qəbul olunub. Onlardan 17 nəfəri 500-dən yuxarı, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb. Hazırda 10 nəfərə yaxın şagirdimiz müxtəlif nüfuzlu xarici ölkə universitetlərində təhsil alır. Məktəbin şagirdləri respublika, eləcə də beynəlxalq müsabiqə və yarışların iştirakçısı, qalibi olub. Məktəbin təhsil sahəsindəki uğurları TQDK-nın statistik məlumatlarında öz əksini tapır. Məzunların bir çox fənlərdən imtahan göstəriciləri çox zaman rayon və respublika göstəricilərindən üstün olur. Ötən il də TQDK-nın məlumat kitabında yüksək nailiyyətlərinə görə şəhər 6 nömrəli tam orta məktəb ölkənin qabaqcıl məktəbləri siyahısına daxil edilib.
Bu vaxta kimi hörmətli Prezidentimiz İlham Əliyev məktəbimizlə bağlı altı sərəncam imzalayıb:
Məktəbin müəllimlərindən Müsavəddin Kərimov Respublikanın Əməkdar müəllimi, Hacıməmməd Məmmdəov və Əsgər Manafov “Tərəqqi” medalı ilə təltif olunub. Minazər İsgəndərova və Əsgər Manafov “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidirlər.
Məktəbdə təhsilin səviyyəsini yüksəltmək üçün mütərəqqi üsullardan və yeniliklərdən bacarıqla istifadə edilir. 6 nömrəli məktəb ölkənin kompüter texnologiyasından istifadə edən pilot məktəblərindən biridir. 2015-ci ildə ABŞ səfirliyinin PROJE hormoni təşkilatının keçirdiyi müsabiqədə qalib gələn məktəbdə bu təşkilat tərəfindən internet kabinet yaradılmışdır. Məktəbin müəllimlərinin hər biri demək olar ki, müasir texnologiya ilə, xüsusən də kompyuterdə işləməyi çox yaxşı bacarır. Təbii ki, müəllim və şagirdlərimiz dərslərin tədrisi zamanı müasir texnologiyalardan daha çox yararlanırlar. Açıq dərslərin təşkili, keçirilməsi və müzakirəsi həmişə Qalib müəllimin diqqət verdiyi sahələrdəndir. Qalib müəllimin rəhbərliyi ilə məktəb müxtəlif müsabiqələrdə iştirak edib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq bilinib. İnşa yazı müsabiqələrində məktəbin şagirdləri respublikada həmişə fərqləniblər.
Üç şey adama ucalıq gətirər
Qalib müəllim çətin, mürəkkəb məqamlarda düzgün qərar qəbul etməyi bacarır. Onun bu bacarığı, xüsusən də zəhmətsevərliyi ona həmişə hörmət gətirib. O, vətənpərvər, millətə və dövlətə olduqca sadiq, öz yerini bilən və qarşısındakılara dəyər verməyi bacaran təmkinli insandır.
Sözün düzü, indi kitab oxuyan o qədər də çox deyil. Amma Qalib müəllim müntəzəm mütaliə edən ziyalılarımızdandır. Fizik olmasına baxmayaraq ədəbiyyatı, poeziyanı çox sevir. Klassik ədəbiyyata xüsusi dəyər verir, söz sənətini təbliğ edir.
Q.Bəşirov həm də gözəl ailə başçısıdır. Üç övlad atasıdır. Ömür-gün yoldaşı Rəsmiyyə xanım ixtisasca dilçidir, şəhər 3 nömrəli tam orta məktəbində çalışır. Böyük oğlu Elxan Azərbaycan Dövlət Neft Akademiyasını, İngiltərə Mançestr Universitetində magistr təhsili almış neftçidir. BP şirkətində mühəndis işləyir. İkinci oğlu Fuad Azərbaycan Tibb Universitetini bitirərək Türkiyədə təhsilini davam etdirir. Ankara Tibb Universitetində uzmanlıq təhsili alır. Sonbeşik Kənan da böyük qardaşı Elxanın təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Magistratura təhsilini Г‡in Xalq Respublikasında davam etdirir.
Qalib müəllim həmçinin mehriban babadır. Gülsüm və Rəşid özünün dediyi kimi onun “çöldə olan ürəkləri”dir.
60 illik ömür üçün kifayət qədər sanballı həyat uğurlarının əsasında dəyərli insanın şəxsi keyfiyyətləri – yüksək intellekti, mənəvi təmizliyi, haqqa, ədalətə və qanuna sadiqliyi, işində ciddi xarakterə malik olması durur. Nəcib xarakteri, sadəliyi və dürüstlüyü onun aurasını daha da cəlbedici edir. Bütün varlığı ilə azərbaycanlı olan Qalib müəllim milli mentalitetin qorunması tərəfdarı olub. Şit, bayağı hərəkətləri, yekəxanalığı, laqeydliyi qəbul etməyib. Kimisə aşağılamaq, acizlik də ruhuna ziddir.
Tanıyanlar Qalib müəllimə layiq olduğu hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş insan kimi qəbul edirlər. Adam belə insanların keçdiyi mənalı ömür yoluna, onun bəxtəvərlik dünyasına heyrət etməyə bilmir. Onun təmiz adı kəndində, el-obasında ziyalılıq yolu açmışdır. Qalib müəllimdən söz düşəndə hamı onun böyüklüyünü balaların təhsil və tərbiyəsinə verdiyi dəyərlə qiymətləndirir.
Zaman bir yerdə durmur. Hər şey ötəridir. Uşaqlıq, gənclik, vəzifə də. Lakin iki şey –“ yaxşılıq və pislik əbədi qalır. Qalib Bəşirov pislərdən və pisliklərdən tamamilə uzaqdır.
Örnək olan ömür yolu keçmiş, yaşının tən yarısını el-obasının maariflənməsinə, gənclərin təhsil işinə həsr etmiş Qalib müəllimi şərəfli yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayırıq.
Hacıməmməd Məmmədov

Şərh Yaz