“Fələklər yandı ahimdən”

Müəllifi Məhbubə Cəfər qızı Hacıyeva olan bu kitab rənglərin sehirli dili ilə vətənini dünyaya tanıtdıran Azərbaycanın xalq rəssamı, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli sənətkarımız Səttar Bəhlulzadənin maraqlı, lakin çətin, keşməkeşli həyatından bəhs edir.
“Fələklər yandı ahimdən” adlı romanda Bakının qədim Əmircan kəndində doğulub boya-başa çatmış rəssamın uşaqlıq və gənclik illəri, onun ilk məhəbbəti, yaradıcılıqda qazandığı uğurlar, qarşısına çıxan maneələr və ömrünün son günləri əks olunub.
“Fələklər yandı ahimdən”
Səttar Bəhlulzadəyə həsr olunmuş bu kitabın nəyə görə məhz dahi şairimiz Məhəmməd Füzulinin qəlbindən, qələmindən süzülən deyimlə ifadə olunması yəqin ki, oxucuya maraqlı və qəribə gələcək. Bu sənətkarlardan biri mükəmməl istedadı ilə şeir, qəzəl aləminin dühası, digəri isə rənglər dünyasının bənzərsiz bilicisi olduğunu sübuta yetirmişdir.
Maraqlıdır ki, müəllif 216 səhifəlik kitaba yazdığı qısa girişdə kitabında səhv və nöqsanların da ola biləcəyini etiraf edir. Bildirir ki, yazdıqları təxəyyülünün ona diktə etdikləri və böyük sənətkarın ruhuna
kiçik bir töhfəsidir.

Şərh Yaz