İsmayıllı yazarlarının yeni kitabları

Г‡ox sevindirici haldır ki, qələm sahibi olan həmyerlilərimiz yeni kitabları çapdan çıxan kimi, redaksiyamıza gəlir, sevinclərini bizimlə bölüşür, yeni kitablarını redaksiyamızın kitabxanasına hədiyyə edirlər. Haqqında yazılan yeni nəşrlərdən son vaxtlar qonaq-qaralı olduğumuz aydın görünür.

“Həyata sığmayan ömür”

“İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin təsisçilərindən biri, “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Mirzəməmməd oğlu Məmmədovun bu günlərdə çapdan çıxan kitabı “Həyata sığmayan ömür” adlanır. Pafoslu səslənsə də, müəllif bir ömürdə sanki neçə-neçə maraqlı, mənalı ziyalı ömrü yaşamışdır. Hacıməmməd müəllimi yaxından tanıyanlar onun məhz belə bir ziyalı olduğunu gözəl bilirlər.
İsmayıllı yazarlarının yeni kitabları
Ömrünün 65 illik zirvəsində hələ də gənclik eşqi ilə yazıb-yarada bildiyini oxuculara təqdim etdiyi yeni nəşr nümunəsi ilə təsdiqləyən müəllif bu kitabına yaxınların, doğmaların, dostların onun barəsindəki arzu və istəkləri, eləcə də müxtəlif illərdə yazdığı şeirləri daxil edib. Müəllim və şair ömrünün fotoya çevrilmiş anlarına da kitabda yer ayrılıb.

Qalacaq

El güzgüdür, yaddaşlarda
Göstərdiyin üz qalacaq.
Bu meydanda kişi kimi,
Qalib yenə düz qalacaq.

Haqq söndürən bir çırağı,
Ha qurdala, yanmaz axı.
Əsilsizlər –“ yabı, yağı,
Əsillidən iz qalacaq.

Ay arxamca gülən harın,
Bəd niyyətdir arzuların.
Külü qalmaz qəlbidarın,
Məndən ocaq, köz qalacaq.

Sən yolunda düz, ay Hacı,
Hər əzaba döz, ay Hacı.
Gedəriyik biz, ay Hacı,
Bizdən qalsa, söz qalacaq.

Şərh Yaz