Arzular gerçəkləşir

Cavanşir küçəsindəki 21 “A” və 21 “B” çoxmənzilli yaşayış binalarının sakinləri olaraq buna oxşar bir sevinci 35 il əvvəl yaşamışdıq. Onda bizə bu binalarda yaşamaq üçün order vermişdilər. Amma arxada qalan illərdə sözün həqiqi mənasında, heç əməlli sevinə bilmədik də. Г‡ünki binadan çıxan kimi yayda toza, qışda palçığa girirdik. Bu illər ərzində binalarımızın qarşısındakı həyətin, küçənin asfaltlaşmasını arzulasaq da, bu istəyimizə bir neçə gün əvvəl qovuşduq. Bu sözlər əslində, hər iki binanada yaşayanların ümumi fikridir.
Arzular gerçəkləşir
Arzular gerçəkləşir
İsmayıllı şəhər sakinlərin istək və arzuları istiqamətində görülən işlər getdikcə artır. Sevinirik ki, oğul və qızlarımızla bərabər evin qarşısındakı həyətdə gəzmək, oynamaq kimi arzumuz nəvəli, nəticəli vaxtımızda da olsa gerçəkləşdi. Bu sevinci yaşamaq çox xoşdur.
Abad, təmiz və səliqəli həyətdə yaşamaq hər kəsin arzusudur. Əminik ki, İsmayıllıda gedən quruculuq, abadlıq işləri tezliklə bütün məhəllələrin sakinləri üçün bayrama çevriləcəkdir.
Səbəbkarları alqışlayır, onlara iş avandlığı arzu edirik!
Məhəllənin sakini adından dərin hörmətlə:
Balakişi Xudiye

Şərh Yaz