İnkişafın nümunəsi qapımızda

Əvvəllər belə zənglərimiz olmazdı. Son vaxtlar redaksiyamızın telefon nömrəsini yığanlar bizimlə, qəzetin oxucuları ilə sevinclərini bölüşdürməkdən bir rahatlıq duyurlar.
Növbəti zəng. Dəstəyi qaldırıram. Bəli, eşidirəm sizi, – deyə qarşı tərəfi dinləyirəm.
– Şəhərin Məhsəti və S.Ə.Şirvani küçələrinin sakinləri adından danışıram. Günəşli yaşayış massivində məskunlaşdığımız gündən küçələrimizin asfaltlaşdırılmasını arzu edirdik. Bu yaxınlarda rayon rəhbərliyinin diqqət və qayğısı nəticəsində arzumuza qovuşmuşuq. Təmiz, rahat yolla sanki qapılarımızdan hədsiz sevinc həyətimizə, evlərimizə daxil olub. Fərəhli olmaq nə gözəl imiş…
Xeyli söhbətdən sonra:
– Respublikada gedən sürətli və dinamik inkişafa, həmin inkişafın bariz nümunəsini qapımızda gördüyümüzə gırə ölkənin rəhbəri, çox hörmətli prezidentimiz cənab İlham Əliyevə, eləcə də onun tövsiyə və tapşırıqlarını İsmayıllıda uğurla həyata keçirən Mirdaməd müəllimə dərin minnətdarlığımızı bildiririk, – deyə həmsöhbətim fikrini tamamlayır və özünü təqdim edir:
Vidadi Məmmədov,
şəhər sakini

Şərh Yaz