Yüksəliş illərinin başlanğıc günü

İyulun 14-də şəhərin Uşaq Əyləncə və İstirahət Parkında izdiham vardı. Buraya xeyli gənc, ictimaiyyət nümayəndələri, yaxın evlərdə yaşayan vətəndaşlar toplaşmışdı. Həmin gün Azərbaycanın tarixinə dönüş, yeni yüksəliş günü kimi daxil olmuşdur. Bu tarixdə Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildi. İllər keçəcək və Azərbaycanın inkişaf tarixi bu gündən ölçüləcəkdi. Respublikada hər sahədə inkişaf, yüksəliş başladı. Keçmiş İttifaq miqyasında o qədər də tanınmayan Azərbaycanın sənayesi, kənd təsərrüfatı ildən-ilə yeni-yeni nailiyyətlər qazandı. İllər keçdikcə Azərbaycan pambıq və üzüm istehsalı sahəsində İttifaqda ön sıralara keçdi. Ölkədə tikintinin həcmi artdı. Təhsil, səhiyyə, kadrların hazırlanması sahəsində yeniliklər özünü göstərməyə başladı.
Yüksəliş illərinin başlanğıc günü
Yüksəliş illərinin başlanğıc günü
H.Əliyev hakimiyyətə gəldiyi ilk gündən kadrların hazırlanmasına xüsusi diqqət yetirdi. Azərbaycanlı gənclərin İttifaqın tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərilməsi işi genişləndirildi. Hər il yüzlərlə gənc təhsil almağa göndərildi. İndi ölkədə istehsalatda, rəhbər vəzifələrdə çalışanların əksəriyyəti həmin dövrlərdə kənarda təhsil alanlardır desək səhv etmərik.
Ulu öndər mədəniyyətimizin, ədəbiyyatımızın İttifaqda tanınması üçün xeyli iş gördü. Onun əməyi sayəsində xeyli mədəniyyət xadimi Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görüldü. Respublikada bir sıra beynəlxalq simpoziumlar, yubiley tədbirləri keçirməklə xalqımızın klassik şairlərinin dünyaya tanıdılması işləri də onun adı ilə bağlıdır.
H.Əliyevin xalqı üçün gördüyü ən möhtəşəm işlərdən biri hərbi kadrların hazırlanmasıdır. O uzaqgörənliklə bu sahədə xeyli iş görmüşdür. C.Naxçıvanski adına hərbi liseyin açılışı dediyimizə ən yaxşı misal ola bilər. Bu məktəbi bitirənlər zabit təhsili aldıqdan sonra həmin sahədəki boşluqları doldurdu. Həmin liseyin məzunlarından onlarca general Azərbaycan ordusunda yüksək vəzifələr tutur. Məzunlardan Milli Qəhrəman adı alanlar da az deyil. Digər ali təhsil verən hərbi məktəblərin açılışı da Öndərin adı ilə bağlıdır.
Həyata keçirdiyi bütün məsələlər sübut edir ki, H.Əliyev bütün canı, ruhu ilə Vətəninə bağlı olub. O əbəs yerə: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, -deməmişdir. Bunu and kimi qəbul etsək, Ulu öndər ömrünün sonunadək andına sadiq qalmışdır. Yaxşı haldır ki, Prezident İlham Əliyev onun qoyduğu yolla irəliləyir və işləyir. Ona görə də, bugün xalqımızın imzası var imzalar içində. Regionda Azərbaycan həlledici sözə malikdir. Ölkənin inkişafına qısqanclıqla yanaşanlar da az deyil, bu, bizi heç də narahat etmir.
Toplantının aparıcıları 46 illik bir tarixə ekskurs edirlər. Sonra söz Əməkdar müəllim Şəfaqət Rəsulova verilir. O qısaca olaraq bu illər ərzində həyata keçirilən işlərdən söhbət açır, ölkənin bugünkü inkişafından danışır.
Daha sonra söz musiqiyə verilir. Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının üzvləri Sahibə Abdullayevanın, Qalib Güləliyevin, Bəhruz Haşımovun və İntiqam İbrahimovun ifasında Azərbaycana, Ulu öndərə, torpağa həsr edilmiş mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
B.Babayev

Şərh Yaz