Növbəti məşğələ keçirildi

15 iyun 2015-ci il tarixdə Heydər Əliyev idarəetmə məktəbinin “Azərbaycanda I Avropa Oyunlarının təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmışdır” mövzusunda növbəti məşğələsi keçirildi.
Məşğələ rayonun Heydər Əliyev Mərkəzində reallaşdı. Tədbiri giriş sözü ilə idarəetmə məktəbinin icraçı direktoru Fərman Bəşirov açdı və I Avropa oyunlarının ölkəmiz üçün böyük əhəmiyyəti barədə məlumat verdi.
Г‡ıxış üçün söz İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradova verildi. O, Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı, Dövlət Proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsinin prioritet olması barədə danşdı. Qeyd etdi ki, I Avropa Oyunlarının Bakıda keçirilməsinin kökündə ölkəmizin dinamik inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amilləri durur. Ümumilikdə, Azərbaycan bu mötəbər idman yarışına yüksək səviyyədə ev sahibliyi etdi. İlk Avropa Oyunları bütün dünyanın diqqət mərkəzində olmaqla Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirdi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov I Avropa Oyunlarının ölkəmiz üçün ən əlamətdar cəhətləri barədə dinləyicələrə məlumat verdi. Qeyd etdi ki, oyunlar ölkəmizin tanınması, nüfuzunun daha da artması baxımından böyük aktuallıq kəsb edirdi.
Prezident İlham Əliyevin rəhbərliyi sayəsində biz bundan maksimum yararlana bildik. “Tərəqqi” medallı, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, məşəldar Г‡ingiz Muradlı, cüdo üzrə məşqçi, I Avropa Oyunları təşkilat komitəsinin üzvü Əkbər Şəfaqətov, şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi, fəal könüllü Toğrul Qasımov çıxış edərək ümumxalq fədakarlığı, cənab Prezident İlham Əliyevin rəhbərliyi, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşkilatçılığı ilə aparılan hazırlıq işləri, yarışlarda qazanılan uğurlarımız, oyunların açılış və bağlanış mərasimlərinin yaratdığı bənzərsiz təəssürat barədə məlumat verdilər, ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə artırdığını, onun güclü bir dövlət olduğunu diqqətə çatdırdığını bildirdilər.
Yekunda RİH-nin başçısı Mirdaməd Sadıqov bildirdi ki, I Avropa Oyunları başa çatdı, amma oyunların təəssüratları uzun müddət yaddaşlardan silinməyəcək. “Bakı – 2015” möhtəşəmliyi və əzəməti ilə uzun illər xatırlanacaq. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Oyunları dedikdə birinci olaraq Azərbaycan və Bakı yada düşəcək. Format baxımından çoxaspektli səciyyə daşıyan I Avropa Oyunları siyasi–“iqtisadi, eyni zamanda, mədəni, sosial-psixoloji səciyyə daşıdı, Azərbaycanı dünyaya tam açıq şəkildə tanıtdı. Ölkəmizə diqqəti birə-beş artırdı.
Məşğələnin sonunda cüdo üzrə məşqçi, I Avropa Oyunları təşkilat komitəsinin üzvü Əkbər Şəfaqətov “Bakı-2015”-dən xatirə hədiyyələrini RİH-nin başçısı Mirdaməd Sadıqova təqdim etdi.
G. Baxışova

Şərh Yaz