Əmək bazarı da inkişafdadır

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən İsmayıllı rayonunda işəgötürənlərin iştirakı ilə “Əmək yarmarkası” keçirilib.
İsmayıllı RİH-nin başçısıMirdaməd Sadıqov və ƏSMMN-nin nazir müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti açılış öncəsi ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Əmək bazarı da inkişafdadırƏmək bazarı da inkişafdadır
Əmək bazarı da inkişafdadır
Əmək bazarı da inkişafdadır
ƏSMM nazirinin müavini Mətin Kərimlinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin icra başçısı Mirdaməd Sadıqovun iştirak etdiyi tədbirdə ölkəmizdə davamlı mikroiqtisadi inkişaf və iqtisadiyyatın şaxələndirilməsinin, çoxsaylı yeni iş yerlərinin açılmasının əmək bazarının inkişafına, əhalinin məşğulluq imkanlarının artırılmasına şərait yaratdığı vurğulanıb. Bildirilib ki, bu imkanlardan maksimum istifadə olunmaqla dövlət məşğulluq strategiyasının uğurlu icrası, işaxtaran və işsiz vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində respublikanın paytaxtında və bölgələrdə fəal məşğulluq tədbirləri həyata keçirilir. Müsbət haldır ki, keçirilən bu tədbirlərdə işəgötürənlər getdikcə daha fəal iştirak edirlər.
Əmək yarmarkasının açılışında 2015-ci ildə bu sahədə ölkəmizdə görülmüş işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, İsmayıllı rayonunda “Əmək yarmarkası” cari ildə artıq ikinci dəfətəşkil olunur və əsas məqsəd rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan movcud boş iş yerlərini işaxtaran və işsiz vətəndaşlara yəqdim etmək, onların səmərəli məşğulluğuna nail olmaqdır.
Sonra M.Sadıqov və M.Kərimli yarmarkanın təşkili vəziyyəti, təqdim olunan vakansiyalarla tanış olub, tədbir iştirakçılarının, habelə işəgötürənlərin belə tədbirlərin təşkili ilə bağlı rəy və təkliflərini öyrəniblər.
Yarmarkada işsiz və işaxtaran vətəndaşlara İsmayıllı rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə 420-dən çox boş iş yeri təqdim olunub. Onların arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun müəyyən olunmuş kvota üzrə iş yerləri də olub.
Tədbir zamanı boş iş yerlərinə göndəriş verməklə yanaşı, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyən şəxslərin qeydiyyatı da aparılıb.
Ş.Soltanov

Şərh Yaz