Yaddas kitabcasi

Babayev Hidayət Ələddin oğlu

İsmayıllı rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ziyalı, məsuliyyətli dövlət qulluqçusu, uzun illər məktəb direktoru işləmiş Qalacıq inzibati ərazi dairəsi üzrə RİH başçısının nümayəndəsi Hidayət Ələddin oğlu Babayev qəflətən vəfat etmişdir.Babayev  Hidayət  Ələddin oğluİsmayıllı rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ziyalı, məsuliyyətli dövlət qulluqçusu, uzun illər məktəb direktoru işləmiş Qalacıq inzibati ərazi dairəsi üzrə RİH başçısının nümayəndəsi Hidayət Ələddin oğlu Babayev qəflətən vəfat etmişdir.
Babayev  Hidayət  Ələddin oğlu
H.Babayev 1952-ci ildə anadan olmuş, Qalacıq tam orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
İki il Qalacıq məktəbində müəllim işlədikdən sonra hərbi xidmətə çağırılmış, xidmətdən tərxis olunduqdan sonra doğma kəndində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1975-ci ildə Basqal məktəbinə direktor müavini təyin olunmuş, 1978-ci ildə Qalacıq məktəbinə qayıtarılmış və 1979-1995-ci illərdə məktəbə uğurla rəhbərlik etmişdir.
Sonrakı illərdə partiya və təsərrüfat sahələrində çalışmış, 1993-cü ildə yenidən məktəb direktoru vəzifəsinə təyin edilmişdir. Г‡alışdığı bütün sahələrdə etimadı layiqincə doğruldan Hidayət Babayev 2005-ci ilədək məktəb direktoru vəzifəsinin də öhdəsindən məsuliyyətlə gəlmişdir.
İdarəçilik bacarığını, təşkilatçılıq qabiliyyətini nəzərə alan rayon İcra Hakimiyyətinin rəhbərliyi 2005-ci ildə onu Qalacıq inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin etmişdir. Ömrünün son gününə – 17 iyul 2015-ci il tarixədək H.Babayev bu vəzifəni yüksək vətəndaşlıq məsuliyyəti ilə icra etmişdir.
H.Babayev hansı sahədə, hansı vəzifədə çalışmasından asılı olmayaraq həmişə qanunlara, fəaliyyətində obyektivliyə, ədalətə əsaslanmışdır.
O, dostluqda etibarlı, yoldaşlıqda səmimi, işlədiyi sahədə tələbkar və güzəştsiz idi. Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri vəzifəsini də ləyaqətlə aparırdı.
H.Babayev vətəni qəlbən sevən, tərbiyəli, təsilli vətəndaş mövqeyi ilə nümunə olan 3 övlad atası idi.
Hidayət müəllim övladları, qohumları və dostlarının onunla həmişə fəxr edə biləcək bir ömür yaşamışdır. Babayev Hidayət Ələddin oğlu yüksək əqidəli vətəndaş, dövlət qulluqçusu, qayğıkeş ata, sədaqətli dost, dövlətə və dövlətçiliyə xidmətdə əsl nümunə idi.
Allah rəhmət eləsin.
İsmayıllı Rayon İcra Hakimiyyəti,
YAP İsmayıllı rayon təşkilatı

Şərh Yaz