“Məktəbli Kuboku”na hazırlıq

Azərbaycan Velosiped İdman Federasiyası velosiped idman növünün təbliğ etmək, perspektivli idmançıların üzə çıxarılması və Respublika “Məktəbli Kuboku”na hazırlıq məqsədi ilə 23 iyul 2015-ci il tarixdə saat 11:00 da rayonun Heydər Əliyev prospektində rayon məktəbliləri arasında velosiped yarışı keçirilib.
“Məktəbli Kuboku”na hazırlıq
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak edirdi. Rayon Olimpiya-İdman Kompleksinin idmançıları və 21 məktəb idmançıları arasında yarışa start verilib. Olimpiya-İdman Kompleksinin təmsilçisi I yeri, şəhər 6 nömrəli tam orta məktəbinin velosipedçisi II yeri, şəhər 1 nömrəli tam orta məktəbinin velosipedçisi isə III yeri qazanıb. Qalib idmançılara diplom, kubok və pul mükafatları təqdim olunub.
Şəhla Ramazanqızı

Şərh Yaz