Yaddas kitabcasi

Silahlı Qüvvələr Günü qeyd edildi

26 iyun 2015-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd edilib. Silahlı Qüvvələr Günü qeyd edildiİştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoydular. Onların sırasında İkinci dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri, məktəblərin hərbi xidmətəqədərki fənn müəllimləri, istefada olan hərbiçilər çoxluq təşkil edirdi.
Heydər Əliyev Mərkəzinin foyesində vətənpərvərlik və hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa edildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğundan, cənab Prezident İlham Əliyevin qüdrətli, mübariz, döyüşə hazır ordu yaratmasından, hərbi sənayenin təşkili və təkmilləşdirilməsini dünya standartlarına çatdırmasından ətraflı danışdı.
Qeyd etdi ki, azad və müstəqil dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün əsl vətənpərvər gənclər, vətənsevər insanlar yetişdirməliyik.
Sonra Silahlı Qüvvələr Günü ilə bağlı filmə baxıldı. İştirakçılar xeyir-şər evində açılacaq iftar süfrəsinə dəvət olundular.

Şərh Yaz