Güzəranının yaxşılaşmasına təkan

Ölkədə olduğu kimi, İsmayıllıda da böyük miqyaslı, əsaslı işlər görülür. Rayonda aparılan quruculuq işləri, əhalinin sosial qayğılarına diqqət hamını sevindirir.Güzəranının yaxşılaşmasına təkanBu fikirlər iyul ayının 9-da İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun Namazgah kəndində keçirdiyi səyyar görüş-qəbulda səsləndirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladıgı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonumuzdakı ucqar kəndlərdə belə infrastruktur əhəmiyyətli dərəcədə yeniləşib, kənd əhalisinin güzəranının yaxşılaşmasına təkan verib.
Lahıc qəsəbəsinə çəkilən abad yolun Namazgah kəndindən keçməsi burada yaşamağa xüsusi özəlliklər qatıb.
Görüş-qəbulda kənd sakinlərinin faydalı əməklə məşğuliyyəti, sağlamlığı, yetişən nəslin təhsili müzakirə mövzusu olub.
İnfrastrukturun müsbət tərəfə dəyişməsi kənddə fərdi ev tikmək arzusunda olanların sayını artırıb. Bələdiyyədə inkişaf perspektiv torpaqlarının olmaması bu məsələnin həllini bir qədər mürəkkəbləşdirir. Sevindirici haldır ki, çıxışlar zamanı boşalmış dağ kəndlərində məskunlaşmaq istəyini bildirənlər də oldu.
Namazgah kəndinin turizm yolu üzərində olması burada yaşayanların kiçik sahibkarlıqla məşğul olmasına geniş imkanlar açır və kəndin sanitariyasını ən vacib məsələlərdən biri kimi gündəmdə saxlayır.
Qarşılıqlı səmimiyyətlə keçən görüş-qəbulda çıxış edənlər arzu və istəklərinə görülən işlərə görə razılıqlarını da əlavə etdilər.
Sonda RİH başçısı kəndin içməli su olmayan evlərinə su çəkilməsi, buradakı ibtidai məktəbin istilik sistemi ilə təmin olunması barədə tapşırıqlar verdi.

Şərh Yaz