Milli Qəhrəmanlar təbliğ olunur

6 iyul 2015-ci il tarixdə Milli Mətbuatın 140 illiyi ərəfəsində İsmayıllı rayonunda Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli Qəhrəmanlarımızın təbliği” mövzusunda Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.Milli Qəhrəmanlar təbliğ olunurTədbirdə RİH başçısının müavini Sevil Əhmədova, “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Rəhim Hüseynzadə, ekspert Seymur Verdizadə və 120 nəfər ictimaiyyət nümayəndəsi iştirak edirdi.
İlk olaraq qonaqları salamlayan RİH başçısının müavini Sevil Əhmədova layihənin önəmindən danışdı.
Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyinin sədri Rəhim Hüseynzadə öncə yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi və “Milli Qəhrəmanların təbliği və media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr “ mövzusunda çıxış etdi.
Müzakirələrdə iştirak edən rayon veteranlar şurasının sədri Abduləli Əliyev, Qarabağ müharibəsi əlili Kamil Dadaşov, QHT sədri Eldar Əliyev, 3 saylı şəhər tam orta məktəb liseyin şagirdi Toğrul Qasımov Milli Qəhrəmanların hər zaman təbliğ olunmasında kütləvi informasiya vasitələrinin rolunun artırılmasını qeyd etdilər və tövsiyə olundu ki, mediada vətənpərvərlik təbliğatını artırmaq üçün daha geniş addımlar atılmalıdır.
Yerli media təmsilçisi kimi çıxış edən “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov rayonda mövzu ilə bağlı görülən işlərdən danışdı, bildirdi ki, layihə çox təqdirəlayiqdir. Milli Qəhrəmanları təbliğ etmək əli qələm tutan hər kəsin ümdə vəzifəsi olmalıdır. Bu iş vətəndaşlıq borcundan qaynaqlanır.
Gülər Baxışova

Şərh Yaz