Aztəminatlı ailələrə hüquqi məsləhətlər verilib

“Sosial hüquqların araşdıılması” ictimai birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb. Aztəminatlı ailələrə hüquqi məsləhətlər verilibLayihənin əsas məqsədi əhalinin müxtəlif təbəqəsi, əsasən də aztəminatlı əhalinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və sair) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir.
Layihə çərçivəsində aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi məqsədilə sosial məsələlər üzrə hüquq klinikası təşkil edilmiş və artıq fəaliyyətə başlamışdır. Layihənin icra planına uyğun olaraq iyun ayının 9-da İsmayıllı rayonunda “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” mövzusunda ictimai müzakirələr keçirilmişdir.
Tədbiri giriş sözü ilə “Sosial hüquqların araşdıılması” ictimai birliyinin sədri, BDU-nun professoru Mayis Əliyev açıb, layihənin mahiyyəti, onun əsasında aztəminatlı əhali təbəqəsinə göstərilmiş hüquqi xidmətlər barədə geniş məlumat verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki regional mərkəzinin rəhbəri Pərviz Məmmədov “Vətəndaşların sosial hüquqlarının müdafiəsində Ombudsman təsisatının rolu” mövzusu ilə çıxış edib.
Müzakirələrdə təmsil olunduqları təşkilatlar adından Lətifə Əliyeva, Məleykə Lətifova, Fuad Məmmədəliyev, Şirinbəyim Atayeva, Ramiz Baloğlanov, Xuraman Qurbanova,Ülkər Qədirova və başqaları mövzü ilə bağlı problemlərin həlli istiqamətində fikirlərini səsləndiriblər.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xətai Abbasov, YAP rayon təşkilatının sədri Əzizə Vahabova da iştirak ediblər.
Sonda layihənin koordinatoru Mayis Əliyev verilən sualları cavablandırıb, hüquqi yardıma ehtiyacı olduğundan tədbirə dəvət olunmuş aztəminatlı ailələrə hüquqi məsləhətlər verib.
Şövqi Əhmədov
Aztəminatlı ailələrə hüquqi məsləhətlər verilib

Şərh Yaz