Gəlir gətirən layihələrə doğru

Gəlir gətirən layihələrə doğru

İkinci Azərbaycan Kənd İnvestisiyası Layihəsi 2015-ci ilin iyul ayının 18-də Qəbələ şəhərində növbəti konfransını keçirib.“İcma layihələrinin dayanıqlığı” mövzusunda keçirilən regional konfransa İsmayıllı, Şəki, Oğuz, Zagatala, Balakən, Qəbələ və Ağsu icmalarını təmsil edən rayonlardan icma üzləri dəvət olunmuşdu. ”İcma layihələrinin dayanıqlığı” mövzusuna həsr olunmuş konfransın məqsədi tamamlanmış icma layiihələrinin işlək, uzun müddət istismara yararlı vəziyyətdə qalmasının təmin olunması, eləcə də icma qruplarının, bu sahədə öyrənilmiş dərslərin təhlil edilməsi, icma fondlarının yaradılması, şəffaflığın təmin edilməsi, əldə edilmiş qabaqcıl təcrübələrin ümumiləşdirilməsi və yayılması və s. məsələlərin müzakirəsi idi. Konfransda İsmayıllı rayon RİH Ərazi idarəetmə şöbəsinin müdiri Rüstəm Səmədov, Dünya Bankının AzKİL-2 üzrə tapşırıq meneceri Danniel Ouen, AzKİL-2-nin direktor müavini, İcma İnkişafı və Bacarıqların artırılması üzrə menecer Gülbəniz Qənbərova və AzKİL – 2-nin Şimal zonası üzrə proqram mütəxəssisi Akif Kərimli iştirak edirdilər.
Gəlir gətirən layihələrə doğruGəlir gətirən layihələrə doğru

Gəlir gətirən layihələrə doğruKonfransı giriş sözü ilə İsmayıllı rayon RİH-nin Ərazi idarəetmə şöbəsinin müdiri Rüstəm
Səmədov açdı. Konfrans iştirakçılarını salamlayaraq, AzKİL-in əməkdaşlarını İsmayıllının fəxri sakinləri adlandırdı. O dedi:
– Bu konfransda İsmayıllı rayonunu 4 icmasından 13 nəfər iştirak edir. Onlar Təzəkənd, Kürdeldarbəyli, Ərəgit və Balik icmalarından dəvət olunmuş nümayəndələrdir. Rayonumuzun icmalarında problemlər çoxdur. Bu problemləri AzKİL-in əməkdaşları vaxtında görür və onların həllinə dəstək verir. Bu vaxta qədər rayonumuzun onlarla kəndində infrastruktur layihələri həyata keçirilib ki, bu da insanların maaddi rifah halının yüksəlməsinə, onların özünəinam hissinin möhkəmlənməsinə xıdmət edir. Layihələrin həyata keçirilməsində icmalar da öz töhfələri ilə yaxından iştirak etmiş və hər bir layihənin dayanıqlığının təmin olunmasına nail olmuşdu. Rayon İcra Hakimiyyəti, onun aparatı, yerli nümayəndələri və bələdiyyələr layihələrin həyata keçirilməsində daim sizinlədir.
R.Səmədov çıxışının sonunda AzKİL-in rəhbərliyinə təşəkkür etdi və konfransın işinə uğurlar dilədi.
Dünya Bankının AzKİL-2 üzrə meneceri Daniel Ouen, AzKİL-2-nin direktor müavini, icma inkişafı və bacarıqların artırılması üzrə menecer G.Qənbərova və AzKİL-2-nin Şimal zonası üzrə proqram mütəxəssisi A.Kərimli konfransda çıxış edərək fikir və arzularını bildiriblər.
Konfransda Şimal RƏO-nun texniki nəzarətçisi Kərim Kərimov “İcma layihələrinin dayanıqlığı”, Şəki rayonu Şin icmasının bələdiyyə sədri Gözəl Əzimova Şin icma fondu, dayanıqlıq və şəffaflıq”,
Oğuz rayonu Sincan icma qrupunun üzvü Gülubət Rəşidova “Layihənin dayanıqlığının təmin olunması” mövzularında təqdimatlarla çıxış etdilər. Təqdimatlardan sonra müzakirələr və fikir mübadılələri aparıldı. İsmayıllı rayonundan dəvət olunmuş icma üzvləri bu müzakirələrdə fəal iştirak etməklə, konfransa öz töhfələrini verdilər və onlar bu sahədə olan təcrübələrini də bölüşdülər.
Müzakirələr zamanı R.Səmədov infrastruktur layihələri ilə yanaşı, gəlir gətirən layihələrə də üstünlük vermək və bu sahəni daha da inkişaf etdirməyin zəruriliyindən danışdı, bu sahədə İsmayıllı rayonunda son vaxtlar bir sıra təcrübələrin əldə edildiyindən söz açdı. Ərəgit icmasında bu tipli layihə ilə bağlı işlərin başlanması da qeyd olundu.
Konfrans öz işini qiymətləndirilmələrin aparılması və İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini G.Qənbərovanın çıxışı ilə yekunlaşdı:
– Konfransın işini diqqətlə izlədim və belə qənaətə gəldim ki, icmalarala olan münasibətlərimiz daimidir və problemini həll etmək niyyəti ilə bizə müraciət edən hər bir icma bizdən lazimi dəstək və köməyi alacaqdır. Biz AzKİL-in gəlir gətirən layihələrə önəm verərək, işlərimizi bu istiqamətdə qurmağa çalışacağıq. Əminəm ki, icmalar artıq nəinki ikinci, üçüncü, hətta, dördüncü layihələrini bizimlə birgə həyata keçirəcəklər.
Orxan Ağayev

Şərh Yaz