Səhiyyə naziri İsmayıllıda

Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 19-da İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Qəbul zamanı İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı və Ağdaş rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinlənilib.
Səhiyyə naziri İsmayıllıda
Vətəndaşların müalicə, işlə təminat, sosial və minnətdarlıq xarakterli müraciətləri üstünlük təşkil edib.
Oqtay Şirəliyev nazirliyin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz