Diqqət və qayğıya görə dərin təşəkkür

19 iyun 2015-ci il tarixdə cümhuriyyət.az xəbər saytı İsmayıllı rayonunun Hacıhətəmli kənd sakinlərinin rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqova “Diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk” başlıqlı minnətdarlıq məktubunu dərc edib. Məktubun mətnini oxucularımıza təqdim edirik:
“Azərbaycan idmanının, idmançılarının dünyada söz sahibi olması məsələsi artıq hər birimizin şüurunda öz təsdiqini tapmış bir reallıqdır. Bəli, ölkəmiz idman sahəsində hələ keçmiş sovetlər dönəmində də öz sözünü demiş və dünya idman arenasında imzasını atmışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra məmləkətimizdə idmanın inkişafı daha da güclənmiş, demək olar ki, dövlətin bir nömrəli siyasətinə çevrilmişdir.
Diqqət və qayğıya görə dərin təşəkkür
Dünyada sülhün-əminamanlığın bərqərar olması işində ən optimal variant xalqların, ayrı-ayrı dövrlərdə idman yarışlarında bir yerdə cəmlənməsi hərəkatı onları daha yaxınlaşdırır, isti münasibətlər yaranır, millətlər dünya ölkələri haqqında daha çeşidli məlumatlara yiyələnirlər”.
İsmayıllı rayonunun Hacıhətəmli kəndinin 13 yaşlı qızlardan ibarət futbol komandası 2014-2015 ci mövsümündə paytaxt Bakı şəhərində keçirilən respublika çempionatının qalibi olub. Komanda üzvləri qeyd edirlər ki, bu qələbə münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov onları qəbul edib. Bu şərəfə geniş tədbir təşkil olunub, komanda üzvlərinin hər birinə qiymətli hədiyyələr verilib. Hacıhətəmli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi adıçəkilən komandanın məşqçisi Ədalət Əhmədovun dedikləri:
Diqqət və qayğıya görə dərin təşəkkür
“Biz bu qələbəni əldə etmək üçün çox əziyyət çəkdik. Yəni bu yarışa gərgin məşqlərlə hazırlaşırdıq. Г‡ox sağ olsunlar rayon rəhbərliyi bizlərə etimad göstədi və görürsünüz ki, komandamız bu etimadı doğrultdu. Bizi cənab başçı qəbul edəndə komanda üzvülərinə üzünü tutub soruşdu ki, başqa nə istəyiniz var? Qızlar bildirdi ki, onların gündəlik məktəbə gedib gəldiyi yol bərbad gündədir və qışda palçıq əlindən gedib-gələ bilmirlər. Başçı söz verdi ki, 2 ay ərzində bu problemi həll edəcək. Artıq həmin dediyimiz yol asfaltlanıb. Yəqin ki, bu yolun çəkilməsi təklifinin futbolçu qızlarımızdan gəlməsi məsələsi də bir tarix olaraq yaddaşlara həkk olunacaq. Bizlərin qələbəsi hazırda ölkəmizdə keçirilən birinci Avropa Oyunları ilində olduğu üçün çox məmnunuq. Gələcəkdə digər yarışlarda da qələbə əldə etmək üçün üzərimizdə daim işləyirik. Rayonumuzda idmana rəhbərlik səviyyəsində qayğı və diqqət var. Buna görə də rayon rəhbərliyinə, şəxsən Mirdaməd müəllimə bir daha dərin təşəkkürümüzü bildiririk”.
Kənd sakini Hacı Azayevin dedikləri:
– “Neçə illər idi ki, kəndimizdə su problemi var idi. Keçən ilin avqust ayında icra başçısının göstərişi ilə artezian quyusu qazıldı və əhalinin istifadəsinə verildi. Artezian quyusu 163 metr dərinliyə vurulub. Suyu respublika səviyyəsində labaratoriyadan keçirilib. Mütəxəssislər rəy veriblər ki, suyun tərkibi minerallarla zəngindir. Hazırda demək olar ki, kənddə su problemi yox dərəcəsindədir. Digər tərəfdən, Mirdaməd müəllim kənddə elektrik dirəklərini dəyişmək üçün 50 ədəd beton dirək göndərib. Dirəklər basdırılıb, ancaq bir çox hissəsi hələ şəbəkəyə qoşulmayıb. Bir neçə gün bundan əvvəl məktəb yoluna asfalt döşəndi bu çox gözəl iş oldu. Eşitdim ki, idmançı qızlara söz verib, ona görə də sözünü tutub yolu asfaltlayıb. İnsafən demək lazımdır ki, Mirdaməd müəllim əvvəlki başçılara baxanda, çox zəhmətkeşdir, İsmayıllıya, elinə bağlı adamdır, cəfakeşliyi gördüyü işlərdən görünür. Rayonda eşidirik, deyirlər fərq qoymadan bütün kənd və qəsəbələrdə abadlıq işləri aparır. Г‡ox sağ olsun. Düzdür, saymaqla problemlər qurtarmır. Uzun illərdən bəri yığılıb qalmış problemləri bir-iki ilin içində həll etmək mümkün deyil. Əsas budur ki, kəndimizdə xeyli iş görülüb. Buna görə də başçıya çox sağ ol deyirik. Var olsun, kəndimizi unutmasın”.
Diqqət və qayğıya görə dərin təşəkkür
Kənd sakini təqaüdçü müəllim Fəzayıl İsmayılovun dedikləri:
– “Rayonumuzda icra başçısı işləyən çox insanları zamanında yola salmışıq. Г‡ox başçılar müəyyən məsələlərdə, deyək ki, problemlərin həll olunacağı ilə bağlı çox vədlər verib. Mən şəxsən öz adımdan bütün valideynlər adından hörmətli Mirdaməd müəllimə çox sağ ol deyirəm ki, kəndimizi həmişə diqqət mərkəzində saxlayır. Mirdaməd müəllim kəndimizdə artezian quyusu vurdurdu, su problemi həll olundu. Bizdə “Ağamməd” adlanan dərədən içməli su xətti gəlir. İsmayıllı Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları xətti kəsmişdilər ki, texniki prosedurlar düzgün yerinə yetirilməyib. Biz bir neçə nəfər başçıya müraciət elədik. Sağ olsun, dərhal məsələni əhalinin xeyrinə həll etdi və bütün çatışmayan sənədlər və sair işlər yoluna qoyuldu. Kənddə küçələrin gecə işıqlanması üçün xeyli dirəklər gətirilib. Sovet dövründən basdırılmış və istismar müddətini keçmiş işıq dirəkləri beton dirəklərlə əvəz olunmaqdadır. Təzəlikcə məktəbə gedən yolu asfaltlaşdırdı. Heç bilirsiniz, bu işinə görə insanlar Mirdamət müəllimdən nə qədər razı qalıblar? Bu yol payız-qış aylarında keçilməz olurdu. Buradan biz müəllimlər zorla gedib-gəlirdik qaldı ki, məktəblilər. Hazırda bu yola şüşə kimi asfalt çəkilib və deyərdim ki, bu iş çox məqsədəuyğun oldu. Digər məsələ Mirdaməd müəllimin kəndimizdə son dəfə apardığı kadr məsələsidir. Г‡ox yerində və zamanında atılmış addımdır. İndi həm məktəbə, həm də kənd icra nümayəndəliyinə rəhbər vəzifəsinə yeni kadrlar gətirilib, sadə şəkildə desək, iki təşkilata yeni nəfəs verilib. Başqa nə deyə bilərəm? Г‡ox sağ olsun! Əsas odur ki, Mirdaməd müəllim daim insanlarla ünsiyyətdədir, istənilən vaxt problemləri dinləmək üçün zaman ayıra bilir. Kənd əhalisi adından ona can sağlığı arzulayırıq. Gördüyü işlərə görə minnətdarlığımızı bildiririk”.

Şərh Yaz