Ana ucalığı, övlad məhəbbəti

Zaman keçdikcə həyatımızda baş verən hadisələr tarixə çevrilir. Bu hadisələrin xatırlanması, yaddaşlarda qalması, gələcək nəsillərin mənəviyyatını zənginləşdirəcəyi, milli mənəvi dəyərlərimizi yaşadacağı isə milli hafizəmizlə birgə hər birimizin fərdi yaddaşımızın, nəticə çıxarmağa, qiymətləndirmə bacarığımızın miqyas və mahiyyətindən asılıdır. Г‡ünki biz tarixdən uzaqlaşdıqca, onun mahiyyətini daha dərindən dərk edirik.Ana ucalığı, övlad məhəbbəti
İş otağıma bir ana gəlmişdir: Saçları bəmbəyaz, alnı vaxtsız qırışlarla örtülü, gözlərindən ürəyinin dərdi, qəmi oxunan bir Azərbaycan qadını.
Bir anlığa xəyalımda həyata yenicə atılmağa hazırlaşan vaxtlarımda anamla olan söhbət canlandı:
– Oğul, sən təksən. Allah da təkdir. Hamı çətin anda Tanrıdan imdad diləyir. Г‡ox istərdim ki, bir sənət sahibi kimi işinin bilicisi olasan. Hansı vəzifədə olsan, Allahın adını çəkib sənə pənah gətirənləri naümid yola salma. Tanrının köməyi ilə onları arzularına çatdırmağa çalış. Əgər qapına gələn qadındırsa, hesab et ki, sənin qarşında mən dayanmışam.
Xəyaldan ayrılanda yenə o nisgilli baxışların üzümə dikildiyini gördüm. Bu anda qeyri-ixtiyari: “Nə istəyin var, ana?” – deyə sual etdim.
Ana ucalığı, övlad məhəbbəti
Sanki o elə bu sualı gözləyirdi . Gözləri dolan ana qırıq-qırıq cümlələrlə dərdini mənə anlatdı. Məlum oldu ki, oğlunun başına gələnlər –“ Vətənin ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar gələcək nəsillərə örnək olan əsl həyat hekayəsidir…
Ana danışdıqca istəyini necə yerinə yetirəcəyimi deyil, onu necə ovundurmağı fikirləşirdim…
Dərdli ananı dinlədim. Qəmini yüngülləşdirmək üçün dövlət nümayəndəsi kimi ona hər cür kömək təklif etdim. Ana bütün təkliflərimi qətiyyətlə rədd etdi. Bircə arzusu olduğunu bildirdi: oğlunun adının əbədiləşdirilməsi üçün müəyyən iş görülsün.
Ana ucalığı, övlad məhəbbəti
Ucalıq bildiyim bu sadə istəkdən kövrəldim. Qəlbim qürurla doldu. Qarşımdakı ananın böyüklüyünü bir daha heyran-heyran süzdüm. Daha nə istəyin var? – deyə soruşduqda, qüruruna sığınan ana: olan istəyim elə budur, – dedi.
Bu müqəddəs arzuya bütün İsmayıllı sakinləri səs verdi, təklif irəli sürüldü. Qəhrəman Calal Rüstəmovun böyüdüyü küçədə, el yolu üstündə bulaq-abidə tikmək qərara alındı. “El gücü, sel gücü”, – deyiblər. Qısa müddətdə böyük monumental bir abidə ucaldı, ətrafında kiçik bir park salındı. Ağaclar, güllər, çiçəklər əkildi. Kiçik torpaq sahəsi şəhidin adına layiq bir ziyarətgah səviyyəsinə gətirildi.
Az sonra abidənin təntənəli açılışı oldu. Г‡ıxış edənlər Vətənin qeyrətli oğlunun həyat və döyüş yolundan fəxrlə danışdılar. Əmin olduqlarını bildirdilər ki, nə qədər belə, qorxubilməz övladlarımız var, Vətən yağı düşmənin tapdağı altında qalmayacaq.
Ana ucalığı, övlad məhəbbəti
Məktəblilərin andı, şeir və döyüş nəğmələri belə bir inamı bir daha möhkəmləndirdi ki, müqəddəs torpaqlarımız, yurd yerlərimiz mənfur erməni faşistlərinin təcavüzündən mütləq xilas ediləcəkdir.
Qəbuluma ümidlə gələn ananı abidə-bulaq önündə əvvəlkindın qürurlu görındə qəlbim rahatlıqla döyündü. Onun sakit, dəyanətli baxışlarından bir razılıq duydum. Fikirləşdim ki, bir vətəndaş olaraq, hələ neçə-neçə ananın arzusunu reallaşdırmalı, doğma yurda ana Vətənimizə övladlıq xidməti göstərməliyəm.
Mirdaməd Sadıqov,
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi

Şərh Yaz