Yaddas kitabcasi

İƏD mühasibləri ilə seminar

20 iyun 2015-ci il tarixdə Rayon Maliyyə İdarəsinin iclas zalında İƏD üzrə nümayəndələrin baş məsləhətçi-mühasiblərin seminar müşavirəsi keçirilib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ərzai idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Rayon Maliyyə İdarəsinin baş mühasibi Rəsul Baxışov və İƏD üzrə nümayəndələrin baş məsləhətçi –“ mühasibləri iştirak ediblər. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb.İƏD mühasibləri ilə seminar
O, seminar iştirakçılarını salamladıqdan sonra Milli Mühasibat Uçotunun nümayəndəliklərdə təşkili və qarşıda duran vəzifələr barədə geniş məlumat çatdırıb. Seminar iştirakçılarına qarşıda duran vəzifələr barədə tapşırıq və tövsiyələrini verib. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov nümayəndəliklərin mühasibatlıq uçotu sahəsində yol verilən nöqsanlardan, qarşıda duran vəzifələrdən geniş danışaraq İƏD üzrə nümayəndələrin baş məsləhətçi-mühasiblərinə öz tövsiyələrini verib və əmək intizamına ciddi əməl etmələrini tapşırıb.İƏD mühasibləri ilə seminar
Rayon Maliyyə İdarəsinin baş mühasibi R.Baxışov İƏD üzrə nümayəndəliklərdə “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimatın” icrası vəziyyəti barədə geniş çıxış edib. Sonda seminar –“ müşavirə iştirakçılarını maraqlandıran suallara cavab verilib.
Ehtiram Manafov

Şərh Yaz