Yaddas kitabcasi

İnsan alverinə qarşı mübarizə

İyun ayının 23-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları “İnsan alverinə yox deyək!” mövzusunda region gəncləri üçün birgə maarifləndirmə tədbir keçiriblər.İnsan alverinə qarşı mübarizə
Tədbiri giriş sözü ilə RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova açaraq, mövzunun dəyərindən, müasir zaman üçün böyük əhəmiyyət kəsb etməsindən danışıb.
Mərkəzin əməkdaşları Eldar Muradov və Nilufər Osmanova müxtəlif istiqamətlər üzrə məruzə ediblər.
Diskussiya və dialoqlarda rayon gənclər və idman idarəsinin əməkdaşları daha fəal iştirak ediblər.
Faktlara söykənən, müasir vəziyyəti əks etdirən məruzə və çıxışlar iştirakçılar tərəfindən razılıqla qarşılanıb.
G.Mirzəliyeva

Şərh Yaz