Qabaqlayıcı tədbirlər görülür

İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə inzibati ərazi dairələri üzrə RİH başçısı nümayəndələri və bələdiyyə sədrlərinin birgə yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakcılarını salamlayaraq İƏD üzrə nümayəndəliklərin əhatə etdiyi yaşayış məntəqələrində, əkin və meşə sahələrində yanğın hallarının baş verməməsinin qarşısının alınması və yol kənarlarında təmizlik işlərinin aparılması və yaşıllıqların qorunması barədə qarşıda duran vəzifələrdən danışıb, mövzu ilə bağlı tövsiyyə və tapşırıqlar verib.
Sonda iclas iştrakçılarını maraqlandıran suallar cavablandırılıb.
E.Manafov

Şərh Yaz