Qaliblər müəyyənləşdi

Ölkədə I Avropa Oyunlarının keçirildiyi bir vaxtda rayonun idman həyatındakı canlanma durmadan davam etməkdədir. Belə ki, aprel ayında start götürmüş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol üzrə rayon turniri iyun ayının 25-də başa çatıb.
10 komandanın iştirakı ilə keçirilən turnir hərilkindən maraqlı və genişmiqyaslı olub.
Qaliblər müəyyənləşdi
Finalda Hacıhətəmli və Kürdmaşı kəndlərinin komandaları görüşüb. Daha güclü olan “Hacıhətəmli” komandası 5 :1 hesabı ilə qalib gəlib.
Gərgin mübarizə şəraitində başa çatan oyunlarda III yeri “Tikinti-27” komandası qazanıb.
Qaliblərə tutduqları yerə müvafiq pul mükafatı, hədiyyə, diplom və kubokları rayon Futbol federasiyasının sədri, rayon polis şöbəsinin rəisi Nizami Qocayev və rayon Gİİ-nin rəisi Taleh Salehov təqdim edib.
T.Məhərrəmov

Şərh Yaz