İslam mədəniyyətinin şəhəri – İstanbul

Dünyanın böyük mədəniyyət şəhərlərindən biridir. İstanbul yaşı bölgə olaraq 300 min, şəhər olaraq 3 min, paytaxt olaraq 1600 ilə qədər uzanan bir şəhərdir. 1930-cu ilədək beynəlxalq sənədlərdə şəhərin rəsmi adı –“ Konstantinopol (türkcə Konstantiniyye) kimi qeyd edilirdi. 1453-cü il may ayının 29-da Osmanlı ordusu tərəfindən alınaraq Osmanlının paytaxtı elan edilib.İslam mədəniyyətinin şəhəri - İstanbulDünyanın ən qədim şəhərlərindən biri olan İstanbul 330-395-ci illər arasında Roma imperatorluğu, 395-1204-ci illər və 1261-1453-cü illər arasında Şərqi Roma imperatorluğu, 1204-1261-ci illər arasında Latın imperatorluğu və son olaraq 1453-1922-ci illər arasında Osmanlı imperatorluğu zamanında paytaxt olmuşdur. 1923-cü ildən Türkiyə Cümhuriyyətinin ən böyük şəhərlərindən sayılır.
İstanbulun əhalisi 13 milyon 255 mindən artıqdır. 39 rayonu, 40 bələdiyyəsi var. Sahəsi 5.712 kvadratkilometrdir.
Tarix boyu böyük imperatorluqların şahidi olmuş paytaxtlar paytaxtı İstanbul dünya ziyarətçilərini özünə cəlb etməkdədir. Muzeyləri, sarayları, məscidləri, bazar yerləri və təbii gözəllikləri saymaqla qurtarmayacaq qədər çoxdur. Şəhərin təpələrində yüksələn məscidlər, tarixi abidələr, qədim binalar, küçələr bir tərəfdə də yeni dünyanın görünüşü İstanbulu keçmiş zamanla bu gün arasında körpüyə oxşadır.
Məscidlər şəhəri adlandırılan İstanbulun ən gözəl məscidi “Mavi məscid” hesab edilir. Qədim İstanbulun tarixi abidələrinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.
İstanbul dünyada iki qitədə yerləşən və Roma, Bizans və Osmanlı kimi üç böyük imperiyanın 2 min ildən artıq müddətdə paytaxt olmuş şəhərdir. İki qitədə yerləşən (Asiya və Avropada) nadir şəhərlərdəndir.
Əhalisinin mütləq hissəsi müsəlman olan ölkədə Konstantinopol pravoslav kilsəsinin Mərkəzi və Konstantinopol –“ Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopunun iqamətgahı yerləşir.
Bütün tarixi boyu şəhər 10 Roma, 82 Bizans imperatorunun və 30 Osmanlı sultanının iqamətgahı olmuşdur.
İstanbul uzununa 150 kilometr, eninə 50 kilometr ərazi tutur.
Almaniyanın Essen və Macarıstanın Peç şəhərləri ilə birgə İstanbul 2010-cu ildə Avropanın mədəniyyət paytaxtlarından biri elan edilmişdir.
Toplayanı: Abduləli Əliyev,
şəhər sakini

Şərh Yaz