İsmayıllı şəhəri, Niyal küçəsi ev 24 ünvanında yaşayan, 24 iyun 1990-cı il təvəllüdlü Abdullayev Hakim Nayib oğlu 10 iyun 2015-ci il tarixdə, saat 17 radələrində evdən gedəcəyi yer barədə heç bir söz demədən, xəbərsiz çıxaraq bir daha geri qayıtmamışdır.
Abdullayev Hakim Nayib oğlunun əlamətləri aşağıdakı kimidir:
Elan
– boyu – 170 santimetr;
– gözlərinin rəngi – şabalıdı;
– saçları – qara rəngdə;
– xüsusi əlaməti yoxdur.
Abdullayev Hakim Nayib oğlu evdən çıxan zaman əynində qara rəngdə şalvar, qara rəngli,
qısaqol köynək, tünd göy rəngli, sintetik materialdan hazırlanmış gödəkçə və ayağında qara rəngli şəpit olmuşdur.
Abdullayev Hakim Nayib oğlunu görənlərdən xahiş olunur 102, (020) 285 -55-11, (050) 554-14-24 nömrəli telefonlara məlumat versinlər.
İsmayıllı Rayon Polis Şöbəsi

Şərh Yaz