Tenderə dəvət

Azərbaycan Respublikası
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti/İkinci Kənd İnvestisiya Layihəsi

Kredit No. 8403-AZ

Müqavilənin adı: İsmayıllı rayonunda Ərəgit icmasında “İcma bazarının təşkili ”
İstinad nömrəsi: W-1.2.1.1
1. Azərbaycan Hökuməti İkinci Kənd İnvestisiya Layihəsinin həyata keçirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kredit alımış və bu kredit vəsaitinin bir hissəsini İsmayıllı rayonunda Ərəgit icmasında “İcma bazarı” binasının tikintisi üzrə ödənişlərə tətbiq etmək niyyətindədir.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti/İkinci Kənd İnvestisiya Layihəsi İsmayıllı rayonunda Ərəgit icmasında “İcma bazarı” binasının tikintisi işinin həyata keçirilməsi üçün ixtisaslı iddiaçıları möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir.
3. Tender əməliyyatı Dünya Bankının Təlimatlarının Yerli Müsabiqəli Tender (NCB) qaydalarına uyğun olaraq həyata keçiriləcək: Təlimat: DB-nın Borcalanları tərəfindən BYİB-nın borcları və BİA-nın kreditləri üzrə Malların, İşlərin və Qeyri-Məsləhət Xidmətlərinin Satınalınması (“Satınalma Təlimatı”Yanvar 2011-ci il tarixli), və Satınalma Təlimatında göstərilən səlahiyyətli dövlətlərinin iddiaçıları üçün açıqdır. Əlavə olaraq, maraqların toqquşması üzrə Dünya Bankının siyasətini müəyyən edən 1.6 və 1.7-ci maddələrə istinad edə bilərsiniz.
4. Maraqlanan iddiaçılar əlavə məlumat üçün aybeniz@azrip.org, nigar@azrip.org; rovshan@mail.ru elektron ünvanınlarına müraciət edə bilərlər və aşağıda qeyd olunmuş ünvanda saat 09:00-dan 17:00 kimi tender sənədlərini əldə edə bilərlər..
Kimə: İkinci Kənd İnvestisiya Layihəsi
Ünvan: Ü.Hacıbəyov küç. 84, Hökumət evi, otaq 848
Ölkə: Azərbaycan
Telefon: (+994 12) 498 12 60
Elektron ünvanı:; aybeniz@azrip.org, nigar@azrip.org; rovshan@mail.ru;
Web site: www.azrip.org www.azrip.net

5. Maraqlanan iddiaçılar tender sənədlərinin Azərbaycan dilindəki tam toplusunu yuxarıda qeyd olunmuş ünvana yazılı şəkildə məktub təqdim etməklə və 100 AZN dəyərində qaytarılmayan məbləği ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa depozit şəkilində göstərilən hesaba köçürmə yolu ilə həyata keçirilə bilər. Tender Sənədləri kuryer xidməti və elektron poçtu vasitəsilə göndəriləcək.
Bank rekvizitləri:
Adı: ABB Premyer Müştəri Xidməti
Kodu: 805250
VÖEN: 9900001881
Müxbir hesabı: AZ03NABZ01350100000000002944
S.W.I.F.T: IBAZAZ2X
Adı: İkinciKənd İnvestisiya Layihəsi Əlavə Maliyyələşmə
Hesablaşma Hesabı: AZ48IBAZ38090039449330164120
VÖEN: 1700428481

6. Təkliflər aşağıda qeyd olunan ünvana 24 iyul 2015-ci il tarixdə, Bakı vaxtı ilə saat 12:00-a qədər təqdim olunmalıdır: Elektron təklif formalarına icazə verilmir. Gec təqdim olunmuş təkliflər qəbul edilməyəcək. Təkliflər aşağıdakı göstərilmiş ünvanda 24 iyul 2015 -ci il tarixdə saat 12:00-da açılış mərasimində iştirak etmək arzusunda olan iddiaçı nümayəndələrinin iştirakı ilə açılacaqdır.
7. Bütün təkliflər 3 400 AZN məbləğində müəyyən edilmiş Təklif Zəmanəti ilə birlikdə təqdim edilməlidir.
8. Ünvan aşağıda qeyd olunmuşdur:
Kimə: İkinci Kənd İnvestisiya Layihəsi/Simal RƏO
Ünvan: İsmayıllı rayonu, Həsən bəy Zərdabi küçəsi, döngə 1.
Ölkə: Azərbaycan
Telefon: (020) 28 5 12 48
Elektron ünvanı:; rovshan@mail.ru; aybeniz@azrip.org, nigar@azrip.org
Web site: www.azrip.org www.azrip.net

Şərh Yaz