Milli Qurtuluş Günü qeyd olundu

Ulu öndərin böyük dəyər verdiyi İsmayıllı rayonunda rəhbərlik və əhali onun adı ilə bağlı olan bütün tədbirləri yüksək səviyyədə, zəngin forma və məzmunda keçirir.
İyun ayının 13-də Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününün qeyd edilməsi də belə tədbirlərdən oldu.
Milli Qurtuluş Günü qeyd olunduTəntənəli tədbirdə Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda məruzə etdi. İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevin, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Şahin Kərimovun, Tircan bələdiyyəsinin sədri Elnarə Əlizadənin, Təzəkənd kənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimovun çıxışları dinlənildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirakçıları və onların timsalında rayonun bütün əhalisini Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün, xalqımız üçün etdiklərindən, xilaskarlıq missiyasını necə böyük qəhrəmanlıqla, dönməz iradə ilə yerinə yetirdiyindən, hüquqi və demokratik əsaslarla yeni, müasir Azərbaycanı yaratdığından, millətini səadətə, xoşbəxtliyə qovuşdurmasından ətraflı danışdı. Qeyd etdi ki, Birinci Avropa Oyunlarının açılışı cənab Prezident İlham Əliyevin Heydər Əliyev yolunu fədakarlıqla, xalqına vurğunluqla davam etdirməsinin dünya miqyaslı sübutu oldu.
Tədbirin sonu olaraq Heydər Əliyev Mərkəzinin foyesində ümummilli liderə həsr olunmuş, onun sevə-sevə dinlədiyi mahnı və şeirlər ifa edildi.
Milli Qurtuluş Günü qeyd olunduİyun ayının 2-də Bakı şəhərində “Bölgələrdən paytaxta” layihəsinin təqdimatında daha fəal iştirak etmiş bir qrup məktəbliyə alqış sədaları altında RİH-nin hədiyyələri və mükafatları verildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz