Fəal və təşəbbüskar olmalı

İyun ayının ilk şənbə günündə rayon Uşaq Kitabxanası gənclərin ixtiyarına verilmişdi. YAP İsmayıllı rayon təşkilatının gənclər birliyi, həmçinin, Gənclər və İdman İdarəsinin birgə tədbiri burada baş tutdu. RİH başçısı Mirdaməd Sadıqov da gənclərlə görüşə qatılmışdı. Başçı Bakıda keçirilən İsmayıllı günləri, I Avropa Oyunlarına hazırlıqla əlaqədar rayonda görüləcək işlərdən və bu tədbirlərdə gənclərin rolundan söhbət açdı. Ekranda Avropa oyunlarına hazırlıqla əlaqədar videoçarx nümayiş etdirildi. Oyunların məşəlinin rayonumuzda, qarşılanması və alovlandırılmasını, şəhər sakinlərinin, rayon sakinlərinin bu şənliklərdə iştirakını əks etdirən kadrları yenidən ekrana gətirilməsini gənclər hərarətli alqışlarla qarşıladılar. Fəal və təşəbbüskar olmalıYAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova toplantını giriş sözü ilə açaraq, Azərbaycanda Birinci Avropa Oyunlarına gedən hazırlıq işlərindən geniş söhbət açdı. Qeyd edildi ki, bu hazırlıq ən yüksək səviyyədə gedir. Bununla əlaqədar o, rayon gənclərinin də üzərinə məsul vəzifələr düşdüyünü qeyd etdi. Gənclər, yeniyetmələr arasında təbliğat işinə xüsusi diqqət yetirilməli olduğu vurğulandı.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək bildirdi ki, iki idmançı qızımız bu yarışlarda Azərbaycanın idman şərəfini qoruyacaq. Rayon gənclərinin möhtəşəm yarışı izləməsi üçün tədbirlər həyata keçiriləcəkdir. Monitorlar vasitəsilə yarışlara birgə tamaşa etmək, müxtəlif idman tədbirləri həyata keçirmək nəzərdə tutulur. Şəhərin bir neçə yerində monitor qoyulacaq və adamlar kütləvi şəkildə yarışları izləmək imkanı qazanacaqdır. İki idmançı qızımızın yarışını da monitor vasitəsilə nümayiş etdirmək nəzərdə tutulub. Belə tədbirlərə birgə baxmağın ləzzəti başqa cür olur.
Fəal və təşəbbüskar olmalı
Fəal və təşəbbüskar olmalı
Fəal və təşəbbüskar olmalıToplantıda qeyd edildi ki, idman yarışları ilə əlaqədar rayonumuza xeyli turist gələcək. Onlar xalqımızın adət və ənənələri ilə tanış olmaq məqsədilə rayonumuzun müxtəlif kəndlərində olacaqlar. Əlbəttə, qədim yaşayış məntəqələri ilə tanışlıq onların ürəyincə olacaq. Buralarda biz onlara öz mədəniyyətimizi, qonaqpərvərliyimizi nümayiş etdirməliyik. Tərcüməçilərin ayrılması, qonaqlara iaşə, ticarət və rabitə xidmətlərinin göstərilməsi ön planda olmalıdır. Bu məsələ ilə əlaqədar olaraq Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Dadaş Əliyev qedi ki, bi iş üçün bizdə bələdçilər, gənclərdən ibarət tərcüməçi qrupu ayrılıb. O əlavə etdi ki, qəsəbədə iaşə, rabitə, ticarət xidmətləri göstərilir. İnfoxidmət qonaqların ixtiyarındadır.
İsmayıllı Rayon Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov bildirdi ki, indi kompleksdə təmir işləri getsə də qonaqlara xidmət göstərməyə hazırıq. Azərbaycanın yığma gimnastika komandası son hazırlığını bizdə keçirəcəkdir. Ümumiyyətlə, ayrı-ayrı yığma komandalarımız tez-tez kompleksimizdə hazırlıqlar aparırlar. Həmişə də burdan razı gediblər. Oyunların rayon gəncləri arasında təbliğinə də diqqət yetirəcəyik.
Digər çıxış edən gənclər də Avropa Oyunlarının təbliği, gələn idmançı və qonaqların yüksək səviyyədə qəbul edilib, yola salınması üçün rəy və təkliflərini bildirdilər. Bir faktı da qeyd etmək lazımdır. Cüdo üzrə məşqçi müəllim Əkbər Şəfaqətov neçə aydır ki, Avropa oyunlarının keçirilməsi üzrə İcraiyyə Komitəsinin üzvü kimi Bakıda çalışır.
Başçı M.Sadıqov rayonda gənclərin asudə vaxtlarının mənalı təşkili məsələsinə xüsusi əhəmiyyət verdi. Şəhərin müxtəlif sahələrində iri monitorlar quraşdırmaqla asudə vaxtı səmərəli keçirmək mümkündür. Gənclərin fəallığı və iştirakı ilə müxtəlif idman yarışları, musiqi gecələri, görüşlər və sair təşkil etmək mühüm tədbirlərdən olardı. Başçı vurğuladı ki, bir neçə monitor sifariş verilmişdir və yaxınlarda gətirilib quraşdırılacaqdır. Mirdaməd müəllim gənclər təşkilatlarından və gənclərdən fəal olmağı, təşəbbüskarlıq göstərməyi tələb etdi.
Yuxarıda qeyd etmişdik ki, Bakıda İsmayıllı günləri keçirilmişdir. Yüksək səviyyədə keçən tədbir hamı tərəfindən müsbət qarşılanmışdır. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tədbirə görə İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsini Fəxri diplom və mükafatla təltif etmişdir. RİH başçısının müavini Sevil Əhmədova mükafatı başçıya təqdim etdi.
B.Babayev

Şərh Yaz