İstixanaların sayı 41-ə çatıb

Faraş tərəvəzçiliyin iqtisadi cəhətdən gəlirli olduğunu nəzərə alan İsmayıllı sahibkarları istixana təsərrüfatlarına marağı getdikcə artırırlar.İstixanaların sayı 41-ə çatıbRayon icra hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, 2014-cü ildə İsmayıllıda cəmi 2-3 istilik təsərrüfatı var idisə, hazırda onların sayı 41-ə çatıb. Təkcə cari ilin birinci rübündə rayonun Topçu, Sumağallı və Diyallı kəndlərinin hər birində 10, Kürdmaşı kəndində 6 istixana təsərrüfatı yaradılıb. Topçu, Sumağallı və Diyallı kəndlərində qurulan istixanalar müasir suvarma sistemi ilə təchiz olunub.
İstixanalarda hazırda bostan və tərəvəz məhsulları, əsasən pomidor, xiyar və digər məhsullar yetişdirilir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz