İnşaat işləri sürətləndirilib

İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində tikilən, illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inşaat işləri sürətləndirilib.Ərazi üzrə ictimai müxbirimiz xəbər verir ki, fabrikdə inqubator sexi, vitaminli yem istehsal edən dəyirman, habelə xidməti otaqlar inşa olunur. Quşların bəslənməsi üçün yem bitkiləri əkiləcək sahələr də müəyyən edilib. Fabrikin işə düşməsi Qalınçaqda və ətraf kəndlərdə yaşayan sakinlərin əmək məşğulluğunun təmin olunması və bir sıra sosial məsələlərin həllinə şərait yaradacaqdır.
Bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan fabrik tam gücü ilə işləyəcəyi təqdirdə burada 120 nəfər çalışacaq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz