Beynəlxalq konfransda İsmayıllını təmsil etdim

14-16 may tarixlərində Türkiyənin Konya şəhərində IV Beynəlxalq Türk Sənətləri Tarixi və Folkloru konfransı keçirildi.Beynəlxalq konfransda İsmayıllını təmsil etdimTədbiri Türkiyənin Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər bələdiyyəsi, İtaliyanın Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Assosasiyası (YOCOCU), “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyi (Azərbaycan) birgə təşkil etmişdi.
Konfransın açılışında təşkilat komitəsinin baş katibi Əhməd Aytac tədbirin məqsəd və əhəmiyyətindən danışdı. Bildirdi ki, konfransın keçirilməsinin məqsədi türk incəsənəti, tarixi, folklorunu araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti tanış etməkdir. Konfransda 10 ölkədən 150-dək nümayəndə iştirak edirdi.
Konfransın həmsədri, “MİRAS” ictimai birliyinin rəhbəri Fariz Xəlilli Azərbaycan və Türkiyənin müvafiq qurumları və elm adamları arasında əlaqələrin genişlənməsində, türkdilli xalqların tarix və mədəniyyətinin araşdırılmasında bu cür tədbirlərin əhəmiyyətindən danışdı.
YOCOCU sədrinin müavini Marta Karoselli, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri Osman Kunduracı, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, türkiyəli sənətşünas Örcün Barışta, Səlcuq Universitetinin prorektoru Mustafa Şahin və Konya Böyükşəhər bələdiyyəsinin katibi Əbdülməlik Ötegen türkdilli xalqların mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafına kömək edən görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladılar.
İsmayıllı rayon Cülyan kənd tam orta məktəbinin ingilis dili müəllimi kimi IV Beynəlxalq Türk Sənət, Tarix və Folklor konfransında iştirak etməklə “Qədim türk tayfaları” mövzusunda çıxış etdim və beynəlqxalq sertifikat aldım.
“MİRAS” musiqi qrupunun üzvləri tədbirdə Azərbaycan muğam və xalq mahnılarından nümunələr ifa etdilər.
Şərafət Bayramov

Şərh Yaz