Şəxsiyyətə hörmət

May ayının 21-də İsmayıllı Rayon Təhsil Şöbəsi Heydər Əliyev Mərkəzində müəllimlər, valideynlər, sinif rəhbərləri, məktəb psixoloqları və şagirdləri ilə birgə “Şəxsiyyətin formalaşması şəxsiyyətə hörmətdən başlanır” (şagird-müəllim, valideyn-məktəb nümunəsində) mövzusunda dəyirmi masa keçirib.Şəxsiyyətə hörmətMasa ətrafında “Hiperaktiv uşaqlar və onların tərbiyə edilməsində müəllim, valideyn və psixoloqların birgə fəaliyyəti, “Şagirdlərdə fikir dalğınlığı və ünsiyyət zəifliyi, onun aradan qaldırılması yolları”, “Eqoist uşaqlarda baş verəcək fəsadlar və onların aradan qaldırılması yolları” kimi mövzular müzakirə obyekti olub. Bu mövzularda müzakirələr aparılmış, fikirlər söylənmişdir.
Tədbirdə RTŞ-nin əməkdaşları, “Psixoloq” qəzetinin baş redaktoru Tahir Heydərov, RİH-in psixoloqu Samirə Şirinova və yeniyetmələrlə iş üzrə komissiyanın üzvü Göyçək Rəhimova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva dəyirmi masanın mövzularına münasibət bildirməklə bu qəbildən olan maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz